Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Aprel

2021
12:30
Azərbaycanda nə qədər insan taksidən istifadə edib?

2021-ci ilin birinci rübü ərzində (yanvar-mart ayları) ölkədə sərnişin daşımaları ötən ilin müvafiq dövrünə nisbətən 42,5 faiz azalıb.

Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu dövrdə nəqliyyatçılar tərəfindən 253,2 milyon sərnişinə xidmət göstərilib.

Sərnişinlərin 99,8 faizi avtomobil nəqliyyatı, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb. Avtomobil nəqliyatından istifadə edən sərnişinlərin 92,6 faizi avtobus, 7,4 faizi isə taksilərin xidmətlərindən yararlanıb. 

Belə ki, avtomobil nəqliyyatı vasitəsilə 252,6 milyon sərnişin daşınıb və sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 34,9 faiz az olub. 

Müvafiq dövrə 233,9 milyondan çox sərnişin avtobusdan istifadə edib ki, onların sayında 37,4 faiz azalma müşahidə olunub. Taksi xidmətlərindən istifadə edənlərin sayında isə artım olub. Bu dövrdə taksi ilə 18 milyon 624,3 min sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,4 faiz və ya 4 milyon 119,4 min daha çoxdur.

2021-ci ilin ilk üç ayında 2020-ci ilin eyni dövrü ilə müqayisədə hava nəqliyyatı ilə 72 faiz az və ya 122,3 min sərnişin, dəmir yolu nəqliyyatı ilə isə 56 faiz az və ya 476,2 min sərnişin daşınıb.

Dövr ərzində dəniz nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2020-ci ilin müvafiq dövrünə nisbətən 34,7 faiz azalaraq 3,2 min nəfər olub.

Qeyd edək ki, koronavirus pandemiyasına qarşı tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar iqtisadiyyatın bir sıra sahələrində fəaliyyətin, ictimai nəqliyyatın, o cümlədən Bakı Metropoliteninin işinin məhdudlaşdırılması sərnişin daşımalarının azalmasına gətirib çıxarıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Qədr gecəsində nə etməli?

05

May
15:59
MƏNƏVİYYAT
293

Baş Prokurorluq və DTX birgə məlumat yaydı

05

May
15:18
HÜQUQ,HADİSƏ
258

XİN-də iki yeni idarə yaradılıb

05

May
12:27
SİYASƏT
333

"Space"ə yeni rəhbər təyin olundu

05

May
12:22
ÖLKƏ
402

Gürcüstan baş naziri Azərbaycanda

05

May
12:13
ÖLKƏ
376
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-05-2021 04:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru