Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Aprel

2021
11:27
Tramp Baydeni dəstəklədi

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı dövlət başçısı Cozef Baydenin amerikalı hərbçilərin Əfqanıstandan çıxarılması barədə qərarını dəstəkləyib.

“Hurriyet” xəbər verir ki, Tramp məsələ ilə bağlı yazılı açıqlama yayıb.

“Əfqanıstandan çıxmaq xarüqə və müsbət bir işdir. Mən çıxmağı mayın 1-nə planlaşdırmışdım. Bu prosesin həmin tarixə yaxın olmasına çalışmalıyıq”, - Ağ evin sabiq sahibi vurğulayıb.

O deyib ki, sentyabrın 11-i ABŞ-da matəm günü olduğuna görə bu tarixin belə qalması vacibdir: “Sentyabrın 11-i düşünmək günü və itirdiklərimizin böyük ruhu şərəfinin yad edilməsi günü olaraq qalmalıdır”.

Qeyd edək ki, D.Trampın 2020-ci ilin fevralında “Taliban” hərəkatı ilə əldə etdiyi razılaşmaya əsasən, qoşunların Əfqanıstandan çıxarılması prosesinin 2021-ci ilin mayın 1-də başlaması nəzərdə tutulmuşdu.

ABŞ-ın hazırkı prezidenti Cozef Bayden bu ilin yanvarın 20-də prezident səlahiyyətlərinin icrasına başlayandan sonra qoşunlarının çıxarılması prosesinin mayın 1-də başlayıb, 2021-ci il sentyabrın 11-də başa çatacağını bildirmişdi.

ABŞ Konqresində Demokratlar Partiyasının nümayəndələri C.Baydenin qoşunların çıxarılması prosesinə dəstək verdiyi halda Respublikaçılar Partiyasının təmsilçilərinin çoxu bu qərar qarşı çıxıb. Onlar bildirib ki, ABŞ Əfqanıstanı boşluğa buraxıb və orada terror ünsürləri yenidən çoxalacaq.

Qeyd edək ki, hazırda ABŞ-ın Əfqanıstanda 2 500-dək hərbçisi var.

Məqalədə : Tramp 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Qədr gecəsində nə etməli?

05

May
15:59
MƏNƏVİYYAT
293

Baş Prokurorluq və DTX birgə məlumat yaydı

05

May
15:18
HÜQUQ,HADİSƏ
259

XİN-də iki yeni idarə yaradılıb

05

May
12:27
SİYASƏT
333

"Space"ə yeni rəhbər təyin olundu

05

May
12:22
ÖLKƏ
402

Gürcüstan baş naziri Azərbaycanda

05

May
12:13
ÖLKƏ
376
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-05-2021 04:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru