Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2021
13:15
Ramana və Sabunçu qəsəbəsində yaşayanlara ŞAD XƏBƏR

Vətəndaşlara göstərilən sərnişindaşıma xidmətlərində keyfiyyətin artırılması məqsədilə Ramana və Sabunçu qəsəbələrini əlaqələndirən yeni 162 nömərli qəsəbələrarası müntəzəm marşrut xətti təşkil edilib. 

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. 

Bildirilib ki, yeni marşrut xəttinin təşkili barədə qərar çoxsaylı vətəndaş müraciətləri nəzərə alınmaqla qəbul edilib. Aparılan təhlillərlə Sabunçu dəmiryol stansiyası – Ramana qəsəbəsi  (“Ramana” Yeni Yaşayış Massivi) adlanan ərazidə yaşayan sakinlərin dövlət müəssisələri, məktəb, bağça və digər iaşə obyektlərinə gediş-gəlişində çətinliklərin olduğu müəyyən edilib.

Aprelin 19-dan istismara başlayacaq marşrut xəttinin təşkili sayəsində Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün inşa edilən Yeni yaşayış kompleksinin, eləcə də Ramana qəsəbəsi 1-ci Sahə və Südçülük sovxozu adlanan ərazidə məskunlaşan vətəndaşların təhsil, tibb və digər ictimai iaşə obyektlərinə gediş-gəlişi əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Marşrut xətti üzrə gediş haqqı 0.30 azn müəyyən edilib.

Qeyd edək ki, paytaxt ərazisində xüsusən də ətraf kənd və qəsəbələr istiqamətində marşrut şəbəkəsinin optimallaşdırılması, xüsusilə şəhərətrafı ərazilərdə məksunlaşan sakinlərin marşrut tələbatının ödənilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək.

Ölkə başçısının şəhərətrafı kənd və qəsəbələrdə yaşayan vətəndaşlara göstərilən sərnişindaşıma xidmətlərində keyfiyyətin artırılması ilə bağlı tapşırığının icrası davam etdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 32 dərəcə isti olacaq

13

May
13:54
ÖLKƏ
526

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
681
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-05-2021 08:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru