Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2021
14:50
Birinci dozadan sonra yoluxsaq, ikinciyə ehtiyac varmı?

Son günlər bir neçə şəxsdə COVID-19 əleyhinə birinci doza vaksin vurulandan sonra da koronavirusa yoluxma halları müşahidə olunur. 

Həmin şəxslərin ikinci doza peyvənd alıb-almamaları suallar yaradır. Birinci doza peyvənddən sonra virusa yoluxan şəxs bir də nə vaxt peyvənd oluna bilər? 

Həkim–infeksionist Vasif Əliyev “Qafqazinfo”ya bildirib ki, birinci dozadan sonra antitelin yaranma ehtimalı çox aşağıdır. Ona görə də, 4 həftədən - 28 gündən sonra ikinci doza peyvənd vurulur. Lakin şəxs birinci doza peyvənd alandan sonra virusa yoluxarsa, ona ikinci doza vaksinin vurulmasına ehtiyac qalmır:

“Ola bilər ki, birinci doza vurulandan sonra təmas pozular, yəni koronavirusla təmas edən şəxslər xəstələnə bilərlər. Bu şəxslərə artıq koronavirus peyvəndinin vurulmasına ehtiyac qalmır. Çünki təbii yolla virusla təmasda olublar. Bilirik ki, xəstə olan insanlara peyvənd vurulmur. Peyvəndi vurmağın məqsədi ondan ibarətdir ki, həmin şəxs xəstəliyi gizli formada keçirsin və ya heç keçirməsin. Xəstəliyi keçirən şəxsə peyvənd vurulmasına zərurət qalmır”. 

Həmin hallarda peyvəndin nə zaman vurulmasına gəlincə isə, V. Əliyev bildirib ki, istər birinci dozadan sonra xəstəliyi keçirən, istərsə də, heç peyvənd vurulmadan xəstəliyi keçirən insanlara gələcəkdə peyvənd 6 aydan sonra vurulmalıdır: “Bu, bu günə olan məlumatdır, gələcəkdə ola bilər ki, bu müddət dəyişsin”.

İnfeksionist həmçinin əlavə edib ki, əgər bədəndə antitel yaranmış olsa belə, bu peyvənd üçün əks-göstəriş deyil və heç bir təhlükəsi yoxdur. 

Məqalədə : vaksin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 32 dərəcə isti olacaq

13

May
13:54
ÖLKƏ
521

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
676
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-05-2021 07:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru