Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Aprel

2021
17:21
Deputat həftəsonu avtobusların işləməməsinə etiraz etdi

İqtisadçı deputat Vüqar Bayramov ölkədə həftəsonları ictimai nəqliyyatın fəaliyyət göstərməsinə çağırış edib.

Deputat vurğulayıb ki, son həftələr əksər ölkələrdə, o cümlədən Azərbaycanda virusa yoluxanların sayında artımlar müşahidə olunsa da, dövlətlərin pandemiya ilə mübarizə tədbirləri bir-birindən fərqlənir: "Ölkəmizdə pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən qadağalardan biri də həftəsonları ictimai nəqliyyatın işləməməsidir. Hələlik heç bir ölkədə və eləcə də elmi araşdırmalarda həftəsonları ictimai nəqliyyatın işləməməsinin yoluxma sayına təsirlərini ölçə bilən konkret metodlar yoxdur. Bununla belə, xüsusən də şənbə günləri çalışanların bir qismi üçün həftəsonları ictimai nəqliyyatın işləməməsi xüsusi çətinliklər yaradır. 

Bu baxımdan, həftəsonları ictimai nəqliyyatın fəaliyyətinin bərpası məqsədə uyğun olardı. Bir sıra inkişaf etməkdə olan ölkələrin praktikasını nəzərə alsaq, pandemiya dövründə qeyri-iş günlərində ictimai nəqliyyat fəaliyyətini dayandırmır, sadəcə müddəti qısa olur. Məsələn, həftəsonları ictimai nəqliyyat gecəyarısınadək deyil, səhər saatlarından axşam 20.00-dək işləyə bilər. Xüsusən də günün aktiv saatlarında nəqliyyatın işinin bərpası daha məqsədəuyğun olardı. Bu, həftəsonları müşahidə olunan nəqliyyat probleminin həllinə gətirib çıxara bilər". 

Məqalədə : Deputat 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda "patı" satan ana və oğlu saxlanılıb

03

Avqust
15:54
HÜQUQ,HADİSƏ
115

Deputat Eldəniz Səlimov saxlanılıb

03

Avqust
13:52
HÜQUQ,HADİSƏ
335

Deputatlar yenidən tətilə çıxıblar

03

Avqust
13:49
ÖLKƏ
340

Sabahın hava proqnozu açıqlanıb

03

Avqust
13:40
ÖLKƏ
340

Azərbaycanda benzin bahalaşıb

03

Avqust
12:48
İQTİSADİYYAT
517

İranda zəlzələ olub

03

Avqust
10:56
DÜNYA
435

Əfqanıstan Talibanla sülhə hazırdır

03

Avqust
10:17
DÜNYA
570
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-08-2021 16:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru