Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Aprel

2021
09:47
Ronaldu AVRO-2020-də tarixə düşə bilər

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropa çempionatları tarixində ən çox qol vuran oyunçuların siyahısını açıqlayıb.

Siyahının ilk iki pilləsində Fransa yığmasının sabiq üzvü Mişel Platini və hazırda İtaliya "Yuventus"unda çıxış edən Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu qərarlaşıb.

Hər iki oyunçu 9 qolla Avropa çempionatları tarixinin bombardiridir. Platini bütün qollarını 1984-cü ildə meydanda olduğu 5 görüşdə vurub. Ronaldu isə 2004-cü ildə 2, 2008-ci ildə 1, 2012 və 2016-cı ildə 3 dəfə fərqlənib.

"3-lüy"ü İngiltərə seçməsinin sabiq forvardı Alan Şirer qapayır. 51 yaşlı keçmiş oyunçu 1996-cı ildə 5 qol, 4 il sonra isə 2 qol vurmağa nail olub.

Karyerasını davam etdirən oyunçulardan Antuan Qrizmann və Zlatan İbrahimoviç 6 qolla 4 - 9-cu yerləri bölüşdürür.

Ronaldu bu ilin yayında keçiriləcək Avropa çempionatında turnirin tarixinə düşə bilər. Qrizmann ilə müqayisədə portuqaliyalı oyunçunun bombardirlər siyahısında lider olacağı daha realdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 32 dərəcə isti olacaq

13

May
13:54
ÖLKƏ
506

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
651
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-05-2021 05:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru