Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Aprel

2021
12:58
Azərbaycanda rəsmi şəkildə çalışanların sayı açıqlanıb

2018-2020-ci ilin yekun göstəricilərinə əsasən Azərbaycanda əmək müqavilələrinin sayı 30 faiz artaraq (393 min) 1 milyon 703 min 249 olub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üç illik hesabatında məlumat verilib.

Belə ki, 2018-ci ilin yekunu üzrə əmək müqavilələrinin sayı 1 milyon 401 min 938, 2019-cu ilin yekununda isə bu rəqəm 19,9 faiz artaraq 1 milyon 554 min 521 olub. Son olaraq pandemiya dövründə (2020-ci il) əmək müqavilələrinin sayı 2019-cu ilin yekun dövrü ilə müqayisədə 9,6 faiz artıb.

Bildirilib ki, 2018-2020-ci illərdə işlə təmin olunanların sayı 107 faiz artaraq 94 min nəfər olub. Eləcə də, özünüməşğulluq proqramına cəlb edilənlərin sayı bu dövrdə 11 dəfə artaraq 12 min 600 nəfər, ictimai işlə təmin olunanların sayı isə 55 dəfə artaraq 48 min nəfər təşkil edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 32 dərəcə isti olacaq

13

May
13:54
ÖLKƏ
526

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
681
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-05-2021 08:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru