Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Aprel

2021
10:40
Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçi nə etməlidir? - AÇIQLAMA

Bəzən insanlar çalışdıqları müəssisələrdə əmək kitabçalarının itdiyini deyir. Bu da növbəti iş yerlərində onlara müəyyən problemlər yaradır.

Yenidən əmək kitabçasının hazırlanması üçün işçi hansı prosedurlardan keçməlidir?Ümumiyyətlə əmək kitabçası oğurlandıqda, yandıqda, itdikdə, yararsız hala salındıqda yeni əmək kitabçasının açılması üçün işçidən ödəniş tələb edilməlidirmi? 

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətinin baş əmək müfəttişi Mehman Abdullayev məlumat verib. 

M.Abdullayev bildirib ki, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir:

“Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na əsasən, əmək kitabçası oğurlandıqda, yandıqda, itdikdə, yararsız hala salındıqda, işçi işə yenidən bərpa edildikdə qanunvericiliklə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir.

Dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb, onu həll etməlidir.

Belə ki, əmək kitabçası (əlavə içlik) verilən zaman işçidən əmək kitabçasına çəkilmiş xərclərin dəyəri tutulur. Əmək kitabçası və ona əlavə içlik işəgötürənin təqsiri üzündən xarab olarsa, əmək kitabçasının xərci işəgötürən tərəfindən ödənilir. Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. Əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur.

Əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Əvvəlki iş yerləri ilə bağlı məlumatlar tam əldə oluna bilmədiyi halda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir”.

“İşəgötürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əmək kitabçası açılır. Əmək kitabçasında işçinin işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Əmək kitabçası əsas iş yerində olur. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir”, - deyə M.Abdullayev əlavə edib.

Məqalədə : Əmək kitabçası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 32 dərəcə isti olacaq

13

May
13:54
ÖLKƏ
531

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
681
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-05-2021 08:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru