Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Aprel

2021
10:23
İranın danışıqlarda şərti dondurulmuş 40 milyard dollarının sərbəst buraxılmasıdır

 İran nüvə sazişi çərçivəsində sabiq öhdəliklərinə qayıtmaq üçün ABŞ sanksiyalarının tam şəkildə aradan qaldırılmasından əlavə, indiyə qədər dondurulmuş pullarından 40 milyard dollarının sərbəst buraxılmasını tələb edir.

SalamNews xəbər verir ki, bu barədə İranın Tasnim Agentliyi məlumat verib.

Agentlik, Vayanda nüvə sazişi haqda və razılaşmaya qayıtmaqla bağlı aparılan danışıqlar barədə dərc etdiyi yazıda bildirib ki, İran nümayəndə heyətinin əsas tələbləri ABŞ sanksiyalarının aradan qaldırılmasını sınamaqdır ki, bu da 4-6 həftə vaxt sürə bilər. Əlavə edilib ki, məhz bundan sonra İran sanksiyaların götürülməsinə əmin ola və sabiq öhdəliklərinə qayıda bilər.

Əlavə edilib ki, İran tərəfi Cənubi-Koreya, İraq, Yaponiya, Çin, Oman Sultanlığı və sair ölkələrdə ABŞ sanksiyalarından dolayı dondurulmuş 40 milyard dollarını tələb edəcək və sanksiyalar müddəti dövründə İran iqtisadiyyatına dəymiş ziyanın kompensasiyasını da tələb etməyi yaddan çıxartmayacaq.

Lakin Agentlik əlavə edib ki, ABŞ nüvə sazişilə bağlı iddia etdiyi sanksiyaları götürsə də, bu sanksiyaların mühüm qismini “insan hüquqları”, “terror təşkilatlarını dəstəkləmək” kimi iddialarla saxlayacaq.

Qeyd edək ki, Cənubi Koreya baş naziri də ötən gün İrana gəlib. Məlumata görə tərəflərin müzakirə obyektlərindən biri də, Seul banklarında İranın dondurulmuş 7 milyard dollarının sərbəst buraxılması məsələsidir.

Məqalədə : İran 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 32 dərəcə isti olacaq

13

May
13:54
ÖLKƏ
426

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
551
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 23:24





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru