Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Aprel

2021
16:24
`Hökm olmadan Nəcməddin Sadıkov haqda xain, agent deyə bilmərik`

“Nəcməddin Sadıkov baş leytenant olandan Qarabağ döyüşlərində iştirak edib. Məhkəmə hökmü olmadan onun haqqında xain, agent olması ilə bağlı heç bir şey deyə bilmərik.

Rövşən Əkbərov döyüşlərin hamısından çıxıb. Nədirsə qərarı dövlət, hakimiyyət verə bilər. Mən həbs olunanlardan təkcə Rövşən Əkbərov haqqında danışa bilərəm, mənim döyüş yoldaşım olub. O kişi döyüşüb, Milli qəhrəman olub. Ədalət naminə danışmaq lazımdır”.  

Bu fikirləri "Müsavat TV"nin canlı efirində deputat Siyavuş Novruzov deyib. 

Onun sözlərinə görə, ordu haqqında hər şeyi danışmaq olmaz. Orada müəyyən çatışmazlıqlar ola bilər: “Mən özüm də Qarabağ müharibəsi veteranıyam. Olub ki, 3 gün helikopter gözləmişik ki, qara çörək gətirsinlər. İndi bir az yağ az olan kimi əsgər anasına zəng edir. Həbs olunanlara gəlincə isə, kimisə həbs edirlərsə, həbs olunmalıdır. Xalqa əziyyət verirsə, xalqı dövlətdən narazı salırsa, bunun başqa yolu yoxdur”. 

S. Novruzov həmçinin hazırda vəzifədə olan nazirlər haqqında da danışıb: “İstənilən nazir haqqında sizə məlumat verə bilərəm ki, hansı yolları keçib. Dövlət vəzifəyə elə-belə təyin eləmir. Məsələn, Vilayət Eyvazov “serjant”lıqdan başlayıb bu rütbəyə çatıb. Gecəsi-gündüzü olmayıb, mübarizə aparıb, indi daxili işlər naziridir. Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Əli Nağıyev birinci gündən o sahədə çalışıb. Təmiz adamdır, Birinci və İkinci Qarabağ müharibəsində onun əməyi əvəzolunmazdır. Təhsil naziri oxuyub, güclə pul yığıb xaricdə təhsil alıb.

Tanımadan, bilmədən əgər nazir qoyublarsa onu söymək lazımdır? Elə deyil. Sahil Babayev Milli Məclisdə referentdən başlayıb o vəzifəyə çatıb. Müdafiə naziri addıma-addım, soğan-çörək yeyərək o vəzifəyə çıxıb. Əhmədzadə 30 il su təsərrüfatına baxıb. O bu sahəni əzbər bilir”.

Məqalədə : Siyavuş Novruzov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
485

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
516

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
542

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
487

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
648

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
505

Sabaha olan hava proqnozu açıqlandı

09

Aprel
14:11
ÖLKƏ
606
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-04-2021 13:19





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru