Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Aprel

2021
15:08
Səhiyyə Nazirliyinin səlahiyyətləri TƏBİB-ə verilir

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinə (TƏBİB) yeni səlahiyyətlər verilir.  

Bu barədə Oxu.Az Milli Məclisdən məlumat əldə edib.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər təklif olunur.

Dəyişikliyə əsasən, tibb müəssisəsi tərəfindən doğum haqqında məlumatın TƏBİB-ə dərhal ötürülməməsinə görə cərimə nəzərdə tutulur. Düzgün olmayan məlumatın ötürülməsi də inzibati xəta yaradacaq.

Bildirilir ki, bu qanunsuzluğu edən vəzifəli şəxslər 150 manatdan 300 manatadək məbləğdə cərimə ediləcək.

Digər dəyişikliklə qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında qanunvericiliyin pozulmasına görə TƏBİB-ə məlumat verməyənlər cərimələnəcək.

Bunun üçün fiziki şəxslər 40 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər əlli manatdan altmış beş manatadək məbləğdə, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə ediləcək.

Bu zamana qədər də eyni cəzalar var idi, lakin səlahiyyət Səhiyyə Nazirliyində idi. 

Layihə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanıb.

Layihədə yazılıb ki, bu Fərmanın 4-cü hissəsinə əsasən TƏBİB fəaliyyətinin təmin edilməsi ilə bağlı müvafiq normativ hüquqi aktların hazırlanması zərurəti yaranıb.

TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirməsini nəzərə alaraq TƏBİB-in səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək üçün müvafiq layihənin qəbul edilməsi təklif olunur.

Layihə Milli Məclisin Səhiyyə komitəsinin aprelin 8-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda "patı" satan ana və oğlu saxlanılıb

03

Avqust
15:54
HÜQUQ,HADİSƏ
246

Deputat Eldəniz Səlimov saxlanılıb

03

Avqust
13:52
HÜQUQ,HADİSƏ
365

Deputatlar yenidən tətilə çıxıblar

03

Avqust
13:49
ÖLKƏ
365

Sabahın hava proqnozu açıqlanıb

03

Avqust
13:40
ÖLKƏ
351

Azərbaycanda benzin bahalaşıb

03

Avqust
12:48
İQTİSADİYYAT
614

İranda zəlzələ olub

03

Avqust
10:56
DÜNYA
459

Əfqanıstan Talibanla sülhə hazırdır

03

Avqust
10:17
DÜNYA
592
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-08-2021 17:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru