
İqtisadçı ekspert Qubad İbadoğlu Şəki rayonunun Biləcik kəndində qurumuş çay yatağında fındıq bağının salınması ilə bağlı öz feysbuk səhifəsində məlumat paylaşıb.
Ərazidən foto yayan iqtisadçı bildirib ki, həmin yerdə torpaq olmadığından bağ salınması faydasız olacaq.
Ekspert iddia edib ki, ərazi yüksək çinli məmura məxsusdur və buna görə dövlət büdcəsindən böyük məbləğdə subsidiya alacaq: “Dünən kənd təsərrüfatı naziri İnam Kərimov bu daşlıqda salınmış intensiv fındıq bağının açılışını edib. Şəkildən də göründüyü kimi burada torpaq deyilən bir şey yoxdur, yalnız irili-xırdalı daşlardır. Şəkildəki çay yatağında bir yox, min damcılı suvarma sistemi qur, faydası olmaz, orda olsa-olsa kol-kos bitər. Bəs o zaman belə bir yerdə bağ salmağın hansı üstünlükləri var?
Üstünlüklərini yox, ancaq bu bağı salan məmurların dövlət büdcəsindən nə qədər əvəzsiz vəsait (subsidiya) alacağını deyə bilərik. Heç kimə sirr deyil ki, belə böyük təsərrüfatlar yüksək çinli məmurlara məxsusdur. Adi fermerin belə təsərrüfat yaratmağa nə maddi imkanı, nə də o torpaqları ələ keçirməyə “müstəsna hüququ” var. Azərbaycanda subsidiyalarla bağlı qərarları (subsidiyanın növləri, hansı məhsullara subsidiya verilməsi, hər hektara görə müəyyənləşdirilən subsidiya əmsalları, birdəfəlik subsidiyaların məbləği, ayrı-ayrı subsidiya növlərinin əhatə etdiyi rayonların siyahısı və sair) İnam Kərimovun sədri olduğu Subsidiya Şurası verir”.
Ekspertin sözlərinə görə, meyvə bağlarına onsuz da hektara görə subsidiya verilirdi: "2021-ci ildən isə 6 növ meyvə bitkisi (o cümlədən, fındıq) üzrə yeni intensiv bağların salınması üçün xərcləri kompensasiya etmək məqsədilə birdəfəlik əkin subsidiyası da veriləcək.
İqtisadçı həmçinin bir neçə gün əvvəl kənd təsərrüfatı nazirinin iştirakı ilə Şəkinin Bideyz kəndində 320 hektar ərazidə salınan fındıq bağına dövlət büdcəsi hesabına veriləcək subsidiyanın məbləğini hesablayıb:
“1. Bağın salındığı ildən ilk 4 il ərzində hər hektara 730 manat – 320 ha X 730 manat = 233 600 manat;
2. 4 ildən sonrakı illər üzrə hər hektara 250 manat – 320 ha X 250 manat = 80 000 manat
3. İntensiv fındıq bağlarının salınması üçün birdəfəlik ödəmə hər hektara 4 400 manat – 320 X 4 400 manat = 1 408 000 manat.
Gördüyünüz kimi fındıq bağının salınmasına görə həmin iri təsərrüfatın sahibi olan məmur dövlət büdcəsindən birinci il 1 milyon 641 min 600 manat (1 408 000 + 233 600) subsidiya alacaq”.
Məsələyə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov münasibət bildirib. O, sözügedən paylaşıma şərh yazaraq belə faktın olmadığını deyib:
“Əlinizdə salınan bağın hansısa məmura məxsus olduğuna dair əsas, fakt-sübut var? Varsa, o məmurun adını çəkin, biz də bilək.
İkincisi, adi sahələrdə intensiv fındıq bağlarının salınması hər hektara 15-16 min manata, bu cür daşlıq ərazilərdə bir hektar bağın salınması ən azı 18 min manata başa gəlir. Bu 18000 manata ərazinin daşlardan təmizlənməsi, sahənin hazırlanması, tinglərin basdırılması, gübrə verilməsi, budamanın aparılması, işçilərin əməkhaqqı, elektrik məsrəflərinin ödənilməsi, maaşların verilməsi və sair aiddir”.
Nazirlik rəsmisi qeyd edib ki, dövlət çay yatağında salınan fındıq bağına çəkilən xərcin 25 faizini qarşılayır: “Hesablamaq çətin deyil, daşlıq ərazidə, çay yatağında 320 hektar intensiv fındıq bağının salınmasına ən azı 5 milyon 760 min manat sərf olunub. Dövlət bu xərcin təxminən 25 faizini qarşılayırsa, bunun nəyi pisdir? O ərazilərin elə çatlaq yeri, daşlıq ərazi olaraq qalması yaxşıdır, yoxsa dövlətin də bir qisim xərcləri kompensasiya etməsi ilə investisiya yatırılaraq fındıq bağı salınması?” (Qafqazinfo)

Sürücünün döyülərək maşınının əlindən alınması iddiasına - Rəsmi cavab
09
Aprel
BMT TŞ-da debatlarda Ermənistanın mina xəritələrini təqdim etməməsi məsələsi qaldırılıb
09
Aprel- 10-04-2021 12:33 Bazar günü Bakıda yağış yağacaq, külək əsəcək
- 10-04-2021 12:31 Nazir polkovnik-leytenantı xidmətdən qovdu
- 10-04-2021 10:56 Dövlət xətti ilə kirayəyə verilən mənzillərin sayı 700-ü ötüb
- 09-04-2021 16:40 Son sutkada nə qədər adam yoluxub?
- 09-04-2021 15:53 Sabah küçəyə çıxmamaq tövsiyə olunur
- 09-04-2021 15:23 Ramazan ayı ilə bağlı fətva verildi
- 09-04-2021 14:19 Prezident ona general-mayor rütbəsi verdi
- 09-04-2021 14:11 Sabaha olan hava proqnozu açıqlandı
- 09-04-2021 12:59 Müddətsiz əlillik hansı hallarda verilir? - Nazir açıqladı
- 09-04-2021 12:50 İranda koronavirusa görə bütün sahələr 10 günlük bağlanır
- 09-04-2021 12:36 Azad olunmuş ərazilərdə modul tipli yataqxanalar quraşdırılır - VİDEO
- 09-04-2021 12:17 Şəhid ailələrinə 11 min mənzil veriləcək - RƏSMİ
- 09-04-2021 10:59 Bakıda yol çökdü: “Azərsu” ASC hərəkətə keçdi
- 09-04-2021 10:48 Son 3 ayda yol qəzalarında ölən piyadaların sayı açıqlandı
- 09-04-2021 10:20 “Media haqqında qanun” layihəsi üzərində iş yekunlaşır
- 08-04-2021 16:38 Səhiyyə Nazirliyi aptekləri cərimələdi - SİYAHI
- 08-04-2021 16:30 "Zamanla bütün ölkədə peyvəndləməni TƏBİB həyata keçirəcək"
- 08-04-2021 15:15 Ermənistanla dövlət sərhədində yeni hərbi hissə fəaliyyətə başlayıb
- 08-04-2021 14:45 Bakı metrosunda gediş haqqının ödənilməsində yenilik gözlənilir - RƏSMİ
- 08-04-2021 13:19 Sabahın hava proqnozu açıqlandı
- 08-04-2021 12:07 Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib
- 08-04-2021 11:38 Azad olunan ərazilərdə xidmət edən hərbçilərlə görüşlər keçirilir
- 08-04-2021 11:15 Partiya sədrinin müavini komadadır, arvadı isə öldü
- 07-04-2021 15:29 Allahşükür Paşazadə Ramazan ayının başlanma tarixi ilə bağlı iradlara münasibət bildirib
- 07-04-2021 15:08 Səhiyyə Nazirliyinin səlahiyyətləri TƏBİB-ə verilir