Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Aprel

2021
15:30
İƏT-dən azad olunmuş ərazilərinin bərpasına kömək etməyə çağırışı - VİDEO

“İslam Əməkdaşlıq Təşkilatının Kontakt Qrupunun üzvləri olaraq 44 günlük müharibədən sonra ilk dəfədir bu ərazilərə səfər edirik”.

APA-nın məlumatına görə, bunu Pakistanın İƏT-də və digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəliyinin rəhbəri, səfir Rizvan Səid Şeyx Ağdamda bildirib.

O, Azərbaycanın qazandığı zəfərlə bağlı təbriklərini çatdırıb: “Təxminən 30 il ərzində ermənilər tərəfindən kifayət qədər dağıntılar törədilib. Biz artıq öz gözümüzlə görürük ki, ərazilər hansı vəziyyətdədir. Onu da qeyd edim ki, İƏT hər zaman Ermənistanın əleyhinə olaraq Azərbaycana siyasi dəstək verib. Pakistan da dövlət olaraq Azərbaycana öz dəstəyini göstərib. Ümidvaram ki, artıq sülh bərpa olunur. Bundan sonra yenidənqurma işlərinə start veriləcək. Gələn il İslamabadda İƏT xarici işlər nazirlərinin görüşü keçiriləcək. Həmin görüşdə biz də kontakt qrupun üzvləri olaraq gördüklərimiz barədə məruzə ilə çıxış edəcəyik. Belə bir çağırış etmək niyyətindəyik ki, İƏT-ə üzv olan bütün ölkələr Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin iqtisadi cəhətdən bərpasına kömək etsinlər”. 

Məqalədə : İƏT 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
265

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
206

Neft yenidən ucuzlaşıb

14

May
09:45
DÜNYA
351

Sabah 32 dərəcə isti olacaq

13

May
13:54
ÖLKƏ
612
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-05-2021 14:24





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru