Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Aprel

2021
14:41
Güclü külək qaz xətlərini zədələdi: İki rayonda mavi yanacaq verilişi dayandı

“Güclü külək səbəbindən paytaxtın Suraxanı və Xətai rayonlarında qaz təchizatı ilə bağlı problemlər yaranıb”.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov məlumat verib.

O bildirib ki, Suraxanı rayonunda güclü küləyin təsirindən diametri 57 mm olan qaz xəttinin təqribən 100 metrlik hissəsi dayaqlardan yerə düşüb. Bununla əlaqədar abonentlərin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Həmçinin, Xətai rayonunda Aşıq Qurban küçəsində küləklə əlaqədar ağac qırılıb, qaz kəmərinin üzərinə düşüb və xətt zədələnib. Hadisə nəticəsində üç abonentin qaz təchizatında problemlər yaranıb.

“Hazırda ərazi üzrə bərpa işləri aparılır. Mobil qruplarımız ərazilərə baxış keçirirlər. Güclü külək əsasən səhər saatlarında müşahidə olunub. Yalnız qeyd etdiyim ərazilər üzrə qaz təchizatında problemlər yaranıb. Başqa bir ərazidə hələ ki, problem yaranmayıb. Mobil qruplar ərazilərdə monitorinq işlərini davam etdirir”, - deyə o qeyd edib. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Qədr gecəsində nə etməli?

05

May
15:59
MƏNƏVİYYAT
338

Baş Prokurorluq və DTX birgə məlumat yaydı

05

May
15:18
HÜQUQ,HADİSƏ
294

XİN-də iki yeni idarə yaradılıb

05

May
12:27
SİYASƏT
389

"Space"ə yeni rəhbər təyin olundu

05

May
12:22
ÖLKƏ
445

Gürcüstan baş naziri Azərbaycanda

05

May
12:13
ÖLKƏ
431
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-05-2021 08:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru