Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Aprel

2021
10:11
DYP sürücülərə XƏBƏRDARLIQ edib

Küləkli hava şəraiti ilə əlaqədar Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

Müraciətdə bildirilir:

“Hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin diqqətinə çatdırır ki, belə havada sürücülər tunellərdən və yolun kənarları qapalı olan hissəsindən açıq əraziyə çıxarkən avtomobilin hərəkət istiqamətinin qəflətən dəyişmə ehtimalının da yüksək olmasını nəzərə alaraq, meteoroloji şəraitə uyğun sürət həddi seçməli, eləcə də nəqliyyat vasitələrini parklayarkən ağacların, iri həcmli reklam lövhələrinin, habelə küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya altında saxlamamalıdırlar.

Bununla yanaşı, güclü küləyin əsməsini nəzərə alaraq, piyadalar da yollarda və küçələrdə təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etsinlər, əsasən də çoxmərtəbəli binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçsinlər.

Bütün hərəkət iştirakçılarına həyat və sağlamlıqlarının qorunması, həmçinin avtomobillərinə hər hansı ziyanın dəyməməsi üçün son dərəcə diqqətli və ehtiyatlı olmaq tövsiyə edilir”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 32 dərəcə isti olacaq

13

May
13:54
ÖLKƏ
361

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
511
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 19:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru