Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Aprel

2021
09:43
Nazir işləyəcəyini dedi, amma bağçalar bağlıdır

Bir neçə gündür ki, Azərbaycanda bağçaların bağlanması ilə bağlı müəmma davam edir.

“Qafqazinfo” xəbər verir ki, Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəkidə məktəblərin aprelin 5-də bağlanacağı ilə bağlı qərar verilən gün Təhsil Nazirliyi bağçaların işləyəcəyini açıqladı. Növbəti gün isə bağçaların da məktəblər kimi aprelin 5-dən fəaliyyətini dayandıracağı ilə bağlı məlumatı Bakı Şəhər İcra Hakimiyyəti təsdiqlədi.

Maraqlıdır ki, aprelin 3-də isə təhsil naziri Emin Əmrullayev canlı yayımda aprelin 5-dən sonra da sözügedən şəhərlərdə bağçaların ənənəvi şəkildə fəaliyyətini davam etdirəcəyini vurğuladı. 

Bildirək ki, bir-birinin ardınca bağçaların fəaliyyətiylə bağlı verilən zidd qərarlar ictimaiyyətdə çaşqınlıq yaradıb. Reallıq isə ondan ibarətdir ki, bu gündən etibarən dövlət bağçaları fəaliyyət göstərmir. Uşaqlarını səhər tezdən bağçaya aparan valideynlər bunun əyani şahidi olublar. 

Məlumat üçün bildirək ki, Azərbaycanda dövlət bağçaları icra hakimiyyətlərinin nəzdində fəaliyyət göstərir. Belə bir məqamda Təhsil Nazirliyinin bu məsələyə reaksiyası da anlaşılan deyil.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Qədr gecəsində nə etməli?

05

May
15:59
MƏNƏVİYYAT
293

Baş Prokurorluq və DTX birgə məlumat yaydı

05

May
15:18
HÜQUQ,HADİSƏ
259

XİN-də iki yeni idarə yaradılıb

05

May
12:27
SİYASƏT
338

"Space"ə yeni rəhbər təyin olundu

05

May
12:22
ÖLKƏ
405

Gürcüstan baş naziri Azərbaycanda

05

May
12:13
ÖLKƏ
376
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-05-2021 04:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru