Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Aprel

2021
17:22
Lavrovla Bayramovun görüşü ilə bağlı Kremldən açıqlama

Rusiya xarici işlər naziri Sergey Lavrov aprelin 1-də MDB Nazirlər Şurası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə Qarabağı müzakirə edəcək.

B barədə bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Onun sözlərinə görə, MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının iclasının 2 aprel tarixində Moskvada keçirilməsi planlaşdırılır.

“Əsas hadisə sabah baş tutacaq, ancaq kənar görüşlər bu gündən başlayıb. Aprelin 1-də xarici işlər naziri Lavrovun Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrı-ayrı görüşləri olacaq. Danışıqlar zamanı ikitərəfli əməkdaşlıq məsələləri, Dağlıq Qarabağdakı vəziyyət, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və bu il 11 yanvar tarixli razılaşmalarının icrası müzakirə ediləcək”,- deyə Zaxarova qeyd edib.

Bundan əlavə, tərəflər bir sıra regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.

İclaslardan sonra media üçün açıqlamalar dərc ediləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 32 dərəcə isti olacaq

13

May
13:54
ÖLKƏ
311

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
486
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 19:03





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru