Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Mart

2021
14:00
Nəsimi rayonunda binaya şəhidin barelyefi vurulub - FOTO

Nəsimi rayonunda Şəhid Abdullayev İbrahim Habil oğlunun anasının yaşadığı Moskva prospekti 80 saylı binanın həyətində və ətraf ərazilərdə şəhid anasının və binada yaşayan digər sakinlərin istəkləri nəzərə alınaraq abadlıq-quruculuq işləri aparılıb, binanın giriş hissəsinə Şəhid İbrahim Abdullayevin barelyefi vurulub.

Hazırlanmış layihəyə uyğun olaraq 4 girişli, 5 mərtəbəli Moskva prospekti 80 saylı yaşayış binasının fasadı və dam örtüyü əsaslı təmir olunub, binanın giriş qapıları və pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib, yeni yağış suları axıdan navalça və borular quraşdırılıb.

Görülmüş işlər çərçivəsində həyətə 800 kv.m. asfalt örtüyü, 300 kv.m. tamet vurulub, 200 p.m. yeni bardürlər qoyulub, yaşıllıqların suvarılması üçün su xətləri çəkilib, mövcud yaşıllıqlar bərpa edilərək ağaclar budanıb, 40 ədəd müxtəlif növ həmişəyaşıl ağaclar və 200 ədəd gül kolları əkilib.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətlərinə 1 ədəd söhbətgah, 4 ədəd oturacaq qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.

Həyətdə işıqlandırma sistemi yenidən qurularaq, işıq dirəkləri quraşdırılıb, həyətdəki 200 p.m istinad divarları bərpa edilib.

Məqalədə : şəhid 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Xalq artistinə mənzil verdi

17

Sentyabr
16:45
ÖLKƏ
95

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
140

Putin: "ABŞ Əfqanıstandan qaçıb"

17

Sentyabr
12:40
DÜNYA
180

Bakı metrosunda yenilik

17

Sentyabr
10:32
NƏQLİYYAT
302
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2021 17:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru