Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Mart

2021
17:34
Ceyhun Bayramov Əfqanıstan Prezidenti ilə görüşüb

Bu gün Düşənbə şəhərində keçirilən "Asiyanın ürəyi - İstanbul prosesi" 9-cu Nazirlər Konfransı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qəni ilə görüşüb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən FaktXəbər-ə verilən xəbərə görə, Əfqanıstan İslam Respublikasının Prezidenti Azərbaycanı böyük Qələbə münasibətilə təbrik edərək, bu zəfərin beynəlxalq hüququn qalibiyyəti olduğunu vurğulayıb. Bu xüsusda, Məhəmməd Əşrəf Qəni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə xüsusi təbriklərini çatdırıb.

Prezident Məhəmməd Əşrəf Qəni Azərbaycanın işğaldan azad edilmiş ərazilərində törədilmiş dağıntıların miqyasından xəbərdar olduğunu və bunun təəssüf doğurduğunu qeyd edib.

Nazir Ceyhun Bayramov Əfqanıstan Prezidentinə təşəkkürünü bildirərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını qarşı tərəfin diqqətinə çatdırıb.

Nazir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma və bərpa işlərindən bəhs edərək, yaxın gələcəkdə həyatın bu ərazilərə geri qayıdacağını vurğulayıb.  

Tərəflər Azərbaycan və Əfqanistan arasında ikitərəfli münasibətlərin inkişafını məmnunluqla qeyd ediblər. "ASAN xidmət"in Əfqanıstanda fəaliyyətə başlaması və gələcəkdə bu xidmətin daha geniş sahələri əhatə etməsi niyyəti, ADA Universitetində gənc əfqan diplomatları üçün təlimlərin davam etdirilməsi, habelə Lapis-Lazuli beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyəti kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
753
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2021 01:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru