Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Mart

2021
16:55
Nazirlik ova görə cərimələnən ərəblərin adlarını açıqladı

"Ərəblərə pulla satılan göyərçinlər əkin sahələrinin kənarlarında olan çöl göyərçinləri deyil".

Bunu İlisu Dövlət Təbiət Qoruğunun direktor müavini Azərçin Muradov “Ekspert saatı”nda çıxışı zamanı deyib.

O qeyd edib ki, ərəblər ovla yox, quş təlimi ilə məşğul idilər:

“Şahinlərinə ov etdirmələri, heyvanlara qarşı acımasız rəftarın günahları öz boyunlarına qalsın. Texniki və fiziki cəhətdən bizim üzərimizə nə düşmüşdüsə onu da etmişik. Kaş bizi qınayanlar orada olardı. Sonradan qoyulan videolar həqiqətən yasaqlıq ərazisində çəkilib? Orada 30-40 təsərrüfat sahələri var. Biz dəstək gözləyirdik, ancaq çox adam fərqli fikirlərdən çıxış edirdilər”.

Azərçin Muradov mətbuatda onlar barədə səsləndirilən ittihamların əsassız olduğunu bildirib: “Bizə qarşı mənfi fikirlər səsləndirilən insanlar səmimi deyil”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov ərəblər barədə İnzibati xətalər məcəlləsi barədə cərimə təyin olunub: “Ən yüksək məbləğdə cərimələr tətbiq edilib. 4 056 manat cərimə təyin edilib və tam ödənilib”.

O, cərimələnən ərəblərin adlarını da açıqlayıb:

"Rubelin Muhammed barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə, 1 baş boz durnanı qanunsuz ovlayan Rəşed İcaber və özünə məxsus şahin quşu ilə 4 baş bildirçini ovlayan Abdulmacid Çemçi barəsində 272.3 maddəsi ilə protokol tərtib edilib".

Məqalədə : ərəb 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Maduro İrana gedir

18

Oktyabr
14:22
DÜNYA
278

Sabah dağlıq ərazilərə qar yağacaq

18

Oktyabr
12:46
ÖLKƏ
288

Bərdədə sabiq bələdiyyə sədri həbs edilib

18

Oktyabr
11:00
HÜQUQ,HADİSƏ
461

Neftin qiyməti artıb

18

Oktyabr
09:56
İQTİSADİYYAT
376

AMB-nin valyuta məzənnələri

18

Oktyabr
09:30
İQTİSADİYYAT
338
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2021 07:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru