Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Mart

2021
09:46
Ümumdünya Səhiyyə Təşkilatı: Koronavirus Çində yaranmayıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri tərəfindən hazırlanan hesabatda yeni koronavirusun yayılma mənbəyinin Çindən xaricdə olması istisna edilmir.

“The Wall Street Journal” nəşrinin jurnalistləri yanvar-fevral aylarında Çində koronavirusun mənşəyinin yayılma şərtlərini aydınlaşdırmaqla məşğul olan mütəxəssislər tərəfindən hazırlanmış hesabatla tanış olublar.

Materialda qeyd edilir ki, mütəxəssislər virusun harda və necə yayılmağa başlaması barədə suala qəti cavab vermirlər.

“Məruzədə virusun Çindən xaricdə yaranması və sonra ölkəyə bu ölkədə yayılması ehtimalı irəli sürülür. Bu fərziyyə Çinin səlahiyyətliləri tərəfindən irəli sürülüb, ABŞ və digər Qərb dövlətlərinin hökumətləri buna qarşı çıxıblar”, - deyə materialda bildirilir.

Sənəddə qeyd edilir ki, ÜST-ün ekspertləri həmçinin "Çində xəstəxanaların məlumatlarını və 2019-cu ilin dekabrına qədər alınmış qan nümunələrini daha çox diqqətlə öyrənməyi” məsləhət görürlər. Bundan başqa, mütəxəssislər hesab edirlər ki, Çinin heyvanları bəsləmə fermalarında yoxlamalar aparmaq lazımdır. Güman edilir ki, bu, virusun insana harada ötürüldüyünü aydınlaşdırmağa kömək edə bilər.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin Ümumdünya Səhiyyə Təşkilatını ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, həmin il martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kəlbəcərdə atışma DAVAM EDİR

23

İyul
22:25
HƏRB
105

Sabaha olan hava proqnozu açıqlanıb

23

İyul
16:12
ÖLKƏ
186

Oyundan kənar qalan qüvvələr - TƏHLİL

23

İyul
15:48
MÜNASİBƏT
490

"Azərmarka" "Azərpoçt"a birləşdirilir

23

İyul
15:32
İQTİSADİYYAT
191

İranda qatar relsdən çıxaraq aşıb

23

İyul
14:47
DÜNYA
222

Tanınmış telejurnalist həkimi məhkəməyə verdi

23

İyul
14:34
HÜQUQ,HADİSƏ
222

Azərbaycan neftinin qiyməti 73 dolları keçib

23

İyul
14:17
İQTİSADİYYAT
205

Azərbaycan Rusiyadan 100 dəmiryol vaqonu alıb

23

İyul
11:45
İQTİSADİYYAT
362
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-07-2021 22:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru