Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Mart

2021
15:57
`Müharibə Rusiya sayəsində dayandırıldı` - Ermənistan XİN

“2020-ci ilin payızında Dağlıq Qarabağdakı müharibə İrəvanın strateji müttəfiqi olan Rusiyanın səyləri sayəsində dayandırılıb”.

Bu barədə Ermənistan xarici işlər naziri Ara Ayvazyan açıqlama verib.

“Qarabağdakı müharibə Rusiyanın səyi sayəsində dayandırıldı. Bəlkə kiminsə xoşuna gəlmir, amma bu, bir həqiqətdir. Əks təqdirdə, tamamilə fərqli bir vəziyyətə düşmüş olardıq”,- deyə Ayvazyan parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının iclasında bildirib.

O, həmçinin ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişə dövrü ərzində uğursuz fəaliyyətinə də toxunub: “Müharibə ATƏT-in Minsk qrupu həmsədrlərinin uğursuzluğunu göstərdi. 27 sentyabr 2020-ci ildə Qarabağda müharibənin başlanğıcı onların mandatları çərçivəsində uğursuz olduqlarını sübut etdi”.

Eyni zamanda Ayvazyan Ermənistanın ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycanla danışıqları bərpa etməkdə maraqlı olduğunu qeyd edib: “Mövcud vəziyyəti sabitləşdirməklə yanaşı həm də prosesi idarə edəcək güclü həmsədrliyə ehtiyacımız var”.

Qeyd edək ki, ATƏT-in Minsk qrupu 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll yollarını axtarmaq üçün yaradılıb. Rusiya, ABŞ və Fransa tərəfindən həmsədrlik olunan qrupa Azərbaycan, Ermənistan, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya və Türkiyə daxildir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 32 dərəcə isti olacaq

13

May
13:54
ÖLKƏ
376

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
516
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 20:30





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru