Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyun

2020
12:08
DMX əcnəbilərə müraciət etdi

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda müvəqqəti olma müddəti 1 avqust 2020-ci il tarixinədək bitəcək olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

Ölkədə olma müddəti avqustun 1-dək bitəcək əcnəbilərin müraciətləri DMX tərəfindən qəbul edilmiş hesab olunub və bu şəxslərin müvəqqəti olma müddətləri 30-60 gün uzadılıb.

Qeyd olunub ki, bu, dövlət sərhədində giriş-çıxışa tətbiq edilmiş məhdudiyyətin 1 avqust 2020-ci il tarixinədək uzadılması ilə əlaqədardır.

"Müvəqqəti olma müddəti (müvafiq dövlət rüsumu ödənilməklə) artıq 60 gün uzadılmış əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur. Dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra qısa müddət ərzində həmin əcnəbilərin ölkə ərazisini tərk etmələri və ya müvafiq əsaslar olduğu təqdirdə, müvəqqəti yaşama icazəsinə müraciət etmələri tələb olunacaq. Bununla bağlı əlavə məlumat veriləcək. Müvəqqəti olma müddətinin uzadılması barədə qərarları fiziki olaraq götürmək tələb olunmur. Zərurət olduğu təqdirdə, qərarlar Xidmətin rəsmi internet səhifəsi (https://eservice.migration.gov.az/public/application-track) vasitəsilə əldə oluna bilər. Daha ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng etməyiniz xahiş olunur",  məlumatda bildirilib.

Məqalədə : DMX 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
635

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
666

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
757

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
677

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
779

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
610

Sabaha olan hava proqnozu açıqlandı

09

Aprel
14:11
ÖLKƏ
806
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-04-2021 08:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru