Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyun

2020
11:05
Dünya Bankından təhsillə bağlı qorxuducu açıqlama

Dünya Bankı yeni tip koronavirus (Kovid-19) səbəbiylə məktəblərin bağlanmasının təhsildə daimi itkilərlə nəticələnə biləcəyini və nəticədə qlobal iqtisadiyyat üçün 10 trilyon dollar zərər verə biləcəyini açıqlayıb.

Kovid-19 pandemiyasının təhsilə təsirləri barədə Bankın hesabatında bildirilir ki, aprel ayında 1,6 milyard şagird məktəbə gedə bilməyib.

Bütün təhsil sistemlərində dərin bir tənəzzülün yaşandığı bildirilən hesabatda, böhranın insan kapitalı üçün təhlükə yaratdığı və milyonlarla uşağın həyatında geri qaytarılması mümkün olmayan fürsətlərə zərər verdiyi vurğulanır.

Təxminən 7 milyon şagird məktəbi tərk edə bilər

Məruzədə, məktəb bağlanışlarının bütün sistem boyu təhsilə təsir edəcəyi və Kovid-19 baş verməsi səbəbindən məktəblərin 5 ay bağlanmasının təhsildə yarım illik itkiyə səbəb ola biləcəyi bildirilir.

Hesabatda, Kovid-19 epidemiyasından əvvəl də dünyanın təhsil böhranı ilə mübarizə aparıldığı, aşağı və orta gəlirli ölkələrdə uşaqların 53 faizinin təhsilsiz olduğu qeyd edilib.

Məruzədə, epidemiya ilə əlaqədar təhsil böhranının daha da dərinləşəcəyi və ibtidai və orta təhsildə təxminən 7 milyon şagirdin yalnız epidemiyanın səbəb olduğu gəlir şoku səbəbiylə məktəbi tərk edə biləcəyi vurğulanıb.

Qlobal iqtisadiyyat üçün 10 trilyon dollar zərərə çevrilə bilər

Epidemiya səbəbindən dolanışıq və maddi imkanlarının itirilməsinin, həmçinin məktəbə gedə bilməmələrinin xüsusilə qızlara böyük təsir edəcəyi, əlilliyi olan insanlar üçün təcrid və bərabərsizliyin pisləşməsinə səbəb olduğu bildirilib.

Hesabatda, təhsildəki itkilərin zamanla qlobal iqtisadiyyat üçün 10 trilyon dollar itkiyə çevrilə biləcəyi qeyd olunur ki, bu da əsas təhsil müddətində şagirdlərin ümumi xərclərinin 16 faizinə bərabərdir.

Bankın hesabatında, hökumətlərin məktəblərin bağlanmasında tətbiq etdiyi yanaşmalardan bəhs edərək, təxminən 130 hökumətin distant təhsilə investisiya yatırdığı bildirilir.

Məqalədə : koronavirus təhsil 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
20402

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
19002

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
20377

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
19943

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
25476

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
19921

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
20091
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-08-2020 03:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru