Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyun

2020
10:30
Əfqanıstanda Taliban hücumunda 7 polis öldürüldü

"Tolo News" təhlükəsizlik xidmətindəki mənbəyə istinadən xəbər verir ki, "Taliban" radikal yaraqlıları Əfqanıstanın şimal-şərqindəki Bağlan əyalətindəki hərbi bazaya hücum edib, 7 polis ölüb, beş nəfər yaralanıb.

Hücum əyalətin inzibati mərkəzi - Puli-Xumri şəhərində baş verib. Telekanalın mənbəyinə görə, "Taliban" da itki verib.

Əfqanıstanda hökumət qüvvələri ilə uzun illərdir ölkənin kənd yerlərində böyük ərazilərə nəzarət edən və böyük şəhərlərə hücumlar edən radikal "Taliban" hərəkatının yaraqlıları arasında qarşıdurma mövcuddur. Həmçinin, ölkədə İŞİD terror təşkilatının təsiri də güclənib. Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri ölkə daxilində birgə antiterror əməliyyatları keçirir.

Fevral ayının sonunda Qətərdə keçirilən toplantıda ABŞ və "Taliban" 18 ildən çox davam edən müharibədə ilk sülh sazişini imzalayıb, bu da 14 ay ərzində xarici qoşunların Əfqanıstandan çıxarılmasını və məhbus mübadiləsi sazişindən sonra Əfqanlararası dialoqun başlanmasını təmin edib.

Məqalədə : Əfqanıstan taliban 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda bir şagirdi olan iki məktəb var

06

May
16:55
ELM / TƏHSİL
381

Yoluxanların sayı azaldı

06

May
16:51
ÖLKƏ
346

Bakıda narkotik vasitə qəbul edən kişi öldü

06

May
15:33
HÜQUQ,HADİSƏ
325

Sabahın hava proqnozu açıqlandı

06

May
13:04
ÖLKƏ
385
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-05-2021 07:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru