Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 İyun

2020
15:34
FHN çimərliklərlə bağlı əhaliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərlik mövsümü ilə bağlı əhaliyə müraciət edib.

Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən daxil olan müraciətdə vətəndaşların çimərlikdə təhlükəsizlik qaydalarına əməl etməsi tövsiyə olunub:

"Vətəndaşlardan xahiş edirik ki, gedəcəkləri çimərliklər haqqında əvvəlcədən məlumat toplasınlar. Əgər hər hansı çimərlikdə xilasedici yoxdursa, xilasetmə texniki vasitələri mövcud deyilsə, üzmə sərhədlərini müəyyən edən nişanlar quraşdırılmayıbsa, bu o deməkdir ki, həmin ərazidə təhlükəsizlik tədbirləri görülməyib, bu da xırda bir ehtiyatsızlıqdan suda boğulma kimi faciələrə səbəb ola bilər. Ona görə də əhaliyə müraciət edirik ki, yalnız nəzarət olunan çimərliklərə getsinlər. Ölkə ərazisində ayrı-ayrı çaylar, su kanalları və digər su tutarları var ki, onlar çimərlik üçün nəzərdə tutulmayıb və vətəndaşlar bu prosesdə diqqətli olmalıdırlar. Bu ərazilər çimərlik kimi nəzərdə tutulmadığından həmin ərazilərdən çimərlik kimi istifadə qadağandır.

Eyni zamanda, həmin ərazilərdə hansısa bir bədbəxt hadisə baş verərsə, sualtı relyefin mürəkkəbliyi və sualtı maneələrin çoxluğundan həmin ərazilərdə xilasetmə işləri həyata keçirməyə çətinlik çəkirik. Elə yerlər var ki, hətta orada xilasetmə üçün dalğıc enişləri də edə bilmirik. Ona görə də əhali çalışmalıdır ki, yalnız çimərlik üçün nəzərdə tutulan yerlərə getsin, küləkli havada, dalğalı vəziyyətdə olan suya girməsinlər, hava qaralandan sonra dənizdə çimməsinlər. Nəzarət olunan ərazilərdə də nəzarətçilərin çağırışına əməl etsinlər, təhlükəsizlik nişanlarını keçməsinlər, azyaşlıları nəzarətsiz buraxmasınlar, Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya dövründə çimərliklərlə bağlı metodiki göstərişlərinə əməl etsinlər. Vətəndaşlar çimərliklərdə sosial məsafəni gözləməli, çimərliklərdə qurulan çətirlərin ara məsafəsi 4 metrdən az olmamalıdır. Əhali çimərlik ərazisində su ilə birbaşa təması olmayan ərazilərdə maskadan istifadə etməlidir. Çimərlik sahəsində özünda koronavirus infeksiyasının simptomlarını hiss edən şəxs mütləq tibb məntəqələrinə müraciət etməlidir. Çimərlik ərazisi əsasən səhər 9:00-dan 20:00-a kimi daha təhlükəsizdir".

Məqalədə : FHN çimərlik 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda bir şagirdi olan iki məktəb var

06

May
16:55
ELM / TƏHSİL
291

Yoluxanların sayı azaldı

06

May
16:51
ÖLKƏ
276

Bakıda narkotik vasitə qəbul edən kişi öldü

06

May
15:33
HÜQUQ,HADİSƏ
265

Sabahın hava proqnozu açıqlandı

06

May
13:04
ÖLKƏ
325
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-05-2021 03:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru