Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 İyun

2020
12:32
Bakının giriş-çıxışlarında yaranan tıxacın səbəbi bəlli oldu - RƏSMİ

Bu gün səhər saatlarında Bakının giriş və çıxışlarında yaranmış tıxacların səbəbi bəlli olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün səhər saatlarında Bakı şəhərinin giriş və çıxışlarında xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş polis postlarında müşahidə edilən avtomobil tıxacının aradan qaldırılması üçün operativ tədbirlər həyata keçirilib.

İlkin araşdırmalar zamanı tıxacın yaranma səbəbləri məlum olub. Müəyyən edilib ki, xüsusi karantin rejmi dövründə fəaliyyət göstərən təşkilat və müəssisələrin şəxsi avtomobilləri ilə hərəkətlərinə icazə verilmiş əməkdaşları, onlara verilmiş bu imtiyazdan sui-istifadə edərək sərtləşdirilmiş rejim günlərindən öncə paytaxtı tərk edərək respublikanın müxtəlif regionlarına getməyə cəhd ediblər.

Həmin şəxslərin müəyyən edilərək barələrində qanunauyğun müvafiq tədbirlər görülməsi üçün araşdırmalar aparılır.

Məqalədə : polis karantin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AİP İran xalqını təbrik etdi

20

İyun
12:56
SİYASƏT
283

Kriştiano Ronaldodan yeni REKORD

19

İyun
13:59
DÜNYA
391

Ceyhun Bayramov Ermənistana səsləndi

19

İyun
13:45
SİYASƏT
379

DTX Şuşada əməliyyat keçirdi

19

İyun
12:58
ÖLKƏ
387

Azərbaycan nefti cüzi bahalaşıb

19

İyun
10:43
İQTİSADİYYAT
490

Bu il 15 minə yaxın şəxsə əlillik təyin edilib

18

İyun
14:57
İQTİSADİYYAT
552

Sabahın hava proqnozu AÇIQLANDI

18

İyun
14:13
ÖLKƏ
759
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2021 23:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru