Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 İyun

2020
10:56
COVID-19 testini verəcək sərnişinlər üçün yeni elektron xidmət istifadəyə verildi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sərnişinlərin COVID-19 testini verməsi üçün elektron xidmət istifadəyə verib.

Agentlikdən verilən məlumata görə, iyunun 18-dən ölkə ərazisində daxili uçuşların - Naxçıvan Muxtar Respublikasına bərpa edilməsi nəzərdə tutulur. Ölkə ərazisində koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin daxili reyslərindən istifadə edən sərnişinlərdən COVID-19 testinin verilməsi tələb olunur.

Bu təşəbbüsə dəstək olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən “Sərnişinlər üçün onlayn növbə (COVID-19)” adlı yeni elektron xidmət istifadəyə verilib. Bu elektron xidmət vasitəsilə aviabilet sahibləri COVID-19 testi üçün müayinə vaxtını onlayn təyin edə biləcəklər.

Belə ki, vətəndaşlar Agentliyin rəsmi internet səhifəsində (www.its.gov.az) “E-xidmətlər” bölməsində yaradılan “Sərnişinlər üçün onlayn növbə (COVID-19)” adlı altbölməyə keçid edərək açılan pəncərədə bilet nömrəsini daxil etməli və “Bileti yoxla” düyməsini seçməlidirlər. Bilet təsdiqini tapdıqdan sonra müayinə vaxtını təyin etmək üçün vətəndaş ona uyğun olan tarix və saatın yazıldığı “Randevu al” xanasını seçməlidir. Bu zaman ekranda görünən bildirişdə vətəndaşın müraciət edəcəyi tibb müəssisəsinin adı, ünvanı, eləcə də müayinə tarixi və saatı qeyd ediləcək.

Vətəndaş yuxarıda göstərilən eyni qayda ilə müayinə vaxtını dəyişə bilər. Bu zaman öncə alınan tarix silinəcək. Vətəndaşlar nəzərə almalıdırlar ki, randevunu icbari tibbi sığortanın platformasında yalnız uçuş tarixinə uyğun olaraq təqdim olunacaq aralıqda seçə bilərlər. Belə ki, uçuş tarixinə 48 saat qalmış randevu verilməsi mümkün olmayacaqdır (sərt karantin rejimi günləri tətbiq edilərsə həmin günlərə düşən randevuların müddəti dəyişdirilə bilər). Uçuşdan ən gec 48 saat əvvəl və ən tez 96 saat əvvəl COVID-19 üçün müayinədən keçmək lazımdır.

Tibb müəssisəsinə müraciət edən vətəndaş şəxsiyyət vəsiqəsini və uçuş biletini mütləq şəkildə qeydiyyatçıya təqdim etməlidir. Sərnişinlərdən tələb olunan COVID-19 testi ödənişsizdir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Suriyada terrorçulara məxsus PUA vurulub

28

Sentyabr
11:46
DÜNYA
35

Vilayət Eyvazovdan yeni TƏYİNAT

28

Sentyabr
11:31
SİYASƏT
250

Əhməd Məsud bəyanat yayıb

28

Sentyabr
11:14
DÜNYA
180

AMB-nin valyuta məzənnələri

28

Sentyabr
09:14
İQTİSADİYYAT
270

DYP sürücülərə müraciət edib

27

Sentyabr
16:13
NƏQLİYYAT
415
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-09-2021 11:55





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru