Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 İyun

2020
12:15
Pekində koronavirusun yenidən yayılması səbəbiylə epidemiya riski yaranıb

"Çinin paytaxtı Pekində koronavirus infeksiyasının yenidən yayılması, topdansatış bazarında COVID-19-un peyda olması səbəbindən mümkündür", - deyə şəhər rəhbərliyinin mətbuat xidmətinin rəhbəri Xu Hejian bildirib.

"Pekindəki "Sinfadi" bazarında koronavirusun aşkarlanması ilə əlaqədar olaraq epidemiyanın yayılma riski çox yüksəkdir", - deyə RİA Novosti istinadən yazır.

Eyni zamanda, Pekin hökumətinin nümayəndəsi hakimiyyətin bazarda və qonşu ərazilərdə hərtərəfli epidemioloji araşdırma aparmaq, infeksiya mənbəyini müəyyənləşdirmək, həmçinin əhalini testdən keçirmək niyyətində olduğunu açıqlayıb. 

O həmçinin bildirdi ki, iyunun 14-də Pekində 76.499 nəfər üzərində aparılan koronavirus testi nəticəsində 59 nəfərin COVID-19 daşıyıcısı olduğu müəyyənləşdirilib.

Daha əvvəl Pekinin cənubunda, yerli topdansatış bazarında COVID-19 aşkar edildikdən sonra hərbi vəziyyət elan olunmuşdu.

Epidemioloji araşdırma zamanı idxal edilən qızılbalıq üçün kəsici lövhədə koronavirus aşkar edilib.

Məqalədə : koronavirus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Abel Məhərrəmovun oğlu vəzifədən azad edildi

19

Aprel
13:24
HÜQUQ,HADİSƏ
155

Sabahın hava proqnozu açıqlandı

19

Aprel
13:13
ÖLKƏ
146

Tramp Baydeni dəstəklədi

19

Aprel
11:27
DÜNYA
430

Neft ucuzlaşıb

19

Aprel
09:42
İQTİSADİYYAT
280

İraqda hərbi baza raketlə vurulub

19

Aprel
09:30
DÜNYA
366
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2021 16:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru