Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2020
16:49
Bakı-Sumqayıt istiqamətində xəttə əlavə avtobuslar verildi

Bakı-Sumqayıt istiqaməti ilə hərəkət edən avtobusların sayı artırılıb.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, bu addım müşahidə edilən sıxlığın qarşısını almaq üçün atılıb:

"Məlum olduğu kimi, müəyyən xidmət sahələrinin, iş yerlərinin açılması ilə əlaqədar olaraq, Bakı-Sumqayıt istiqamətində sıxlıq müşahidə edilib. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müşahidələrinə əsasən və sərnişinlərimizdən daxil olan müraciətləri də rəhbər tutaraq, sıxlığın aradan qaldırılması üçün bu gündən etibarən 525 saylı marşrut xətti üzrə avtobusların sayı 17-dən 21-ə çatdırılıb və pik saatlarda 4 iritutumlu avtobus cəlb olunub.

Sərnişinlərimizdən xahiş edirik ki, günün pik saatlarında Bakı-Sumqayıt istiqamətindəki yolda olan sıxlığı nəzərə alaraq, sosial izolyasiya qaydalarına əməl etsinlər və tibbi qoruyucu vasitələrdən istifadə etsinlər. Avtobusların obyektiv səbəbdən müəyyən qədər gecikməyini nəzərə alaraq sosial məsafəyə diqqət etsinlər və növbəti gələn avtobusu gözləyərək bir avtobusu çox yükləməsinlər".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AİP İran xalqını təbrik etdi

20

İyun
12:56
SİYASƏT
278

Kriştiano Ronaldodan yeni REKORD

19

İyun
13:59
DÜNYA
386

Ceyhun Bayramov Ermənistana səsləndi

19

İyun
13:45
SİYASƏT
369

DTX Şuşada əməliyyat keçirdi

19

İyun
12:58
ÖLKƏ
367

Azərbaycan nefti cüzi bahalaşıb

19

İyun
10:43
İQTİSADİYYAT
485

Bu il 15 minə yaxın şəxsə əlillik təyin edilib

18

İyun
14:57
İQTİSADİYYAT
542

Sabahın hava proqnozu AÇIQLANDI

18

İyun
14:13
ÖLKƏ
744
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2021 22:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru