
Bakı-Sumqayıt yolunun genişləndirilməsi ilə bağlı işlər müəyyən səbəblərdən gecikir.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, hazırda yolun genişləndirilməsi prosesində son tamamlanma işləri aparılır: "Qrafikə uyğun olaraq yolun genişləndirilməsi prosesi may ayının sonu, iyun ayının ilk ongünlüyündə başa çatdırılmalı idi. İşlər normal qrafiklə davam etdirilirdi. Lakin bizdən asılı olmayan səbəblərdən yekunlaşma işlərində bəzi ləngimələr oldu. Ona görə də yolda tamamlanma işlərini proqnozlaşdırılan vaxta yekunlaşdıra bilmədik".
Qurum rəsmisi bildirib ki, yolda işlər gələn həftə ərzində tam başa çatdırılacaq və istifadəyə veriləcək.
Xatırladaq ki, Prezident İlham Əliyevin göstərişi ilə Bakı-Sumqayıt yolunda tıxacların aradan qaldırılması məqsədilə yolun genişləndirilməsinə başlanılıb. Metronun "20 Yanvar" stansiyası qarşısından Masazır dairəsinə qədər olan hissədə genişləndirilmə işləri aparılıb. Bu məqsədlə yolboyu bir neçə obyekt, o cümlədən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət postu sökülərək yeri dəyişdirilib.

Sürücünün döyülərək maşınının əlindən alınması iddiasına - Rəsmi cavab
09
Aprel
BMT TŞ-da debatlarda Ermənistanın mina xəritələrini təqdim etməməsi məsələsi qaldırılıb
09
Aprel01-06-2020 11:54 Bakı-Sumqayıt yolunda yeni qovşaq inşa olunacaq
31-05-2020 09:00 Bakı-Sumqayıt yolundakı dəmiryol körpüsü yenidən qurulacaq
28-01-2020 12:11 Bakı-Sumqayıt yolunun genişləndirilməsi iyuna qədər başa çatacaq
23-01-2020 12:12 Xırdalan qəbiristanlığı sökülür? - AÇIQLAMA
13-01-2020 17:26 Bakı-Sumqayıt yolunda intihara cəhd edən sürücü - VİDEO
20-12-2019 17:25 Bakı-Sumqayıt yolunda ağacların saxlanılması mümkün deyil
- 10-04-2021 13:51 Bakının bu qəsəbələrinə gedən sərnişinlərin nəzərinə!
- 10-04-2021 10:40 DYP sürücülərə müraciət edib
- 07-04-2021 16:03 Prezident Xocavənd yoluna 13,6 milyon ayırdı
- 31-03-2021 12:39 Sabah Bakıda bir sıra marşrut xətlərinin hərəkət sxemi dəyişdiriləcək
- 25-06-2020 09:51 Bakı metrosunun 29 əməkdaşı koronavirusa yoluxdu, 1 nəfər öldü
- 19-06-2020 12:02 Badamdar yamacında sürüşmənin qarşısını almaq üçün tədbirlərə başlanıb
- 19-06-2020 10:34 Fərqlənmə nişanı yalnız hüquqi şəxslərə verilir - BNA
- 19-06-2020 10:25 Azərbaycanda bütün qatarlarda “WiFi” olacaq
- 19-06-2020 09:41 BŞİH-dən xəbərdarlıq: Küçələr güclü kimyəvi maddələrlə dezinfeksiya olunacaq
- 18-06-2020 10:57 Bakı metrosunda sərnişinlər üçün YENİLİK
- 18-06-2020 10:44 BTQ ilə yeni növ yüklərin nəqlinə başlandı
- 17-06-2020 12:00 Taksidən istifadə edən şəxsin ön oturacaqda əyləşməsi məsləhət görülmür
- 17-06-2020 11:16 Hacıqabul-Muğan avtomobil yolu yenidən qurulur
- 17-06-2020 10:36 Sabahdan Bakı-Naxçıvan reysi üzrə uçuşlar bərpa olunur
- 16-06-2020 12:00 Salyanda yol tikintisinə 5.6 milyon manat ayrılıb
- 13-06-2020 14:25 Bakıdan rayonlara avtomobillərin buraxılmaması böyük tıxac yaratdı
- 12-06-2020 17:56 Xüsusi karantin rejimi tətbiq olunan rayonlardan keçərkən avtomobili saxlamaq qadağandır
- 12-06-2020 17:51 Sərt karantin tətbiq edilən rayonlardan keçmək mümkün olacaq
- 12-06-2020 17:29 DYP: İcazə portalında adı olanlar avtomobillərində ailə üzvlərini gəzdirməməlidir
- 12-06-2020 16:49 Bakı-Sumqayıt istiqamətində xəttə əlavə avtobuslar verildi
- 12-06-2020 15:51 Ekspres xətlər bağlanır: Avtobuslar isə yenidən sərnişinlərin xidmətində olacaq
- 12-06-2020 15:26 Dəmir yolu qatarlarında kondisionerlər işləyəcəkmi?
- 11-06-2020 18:00 Naxçıvana uçuşların vaxtı açıqlandı
- 11-06-2020 17:53 İyulun 1-dək beynəlxalq uçuşlar qadağandır - RƏSMİ
- 11-06-2020 17:23 Hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti qaydalar təsdiqləndi