Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyun

2020
09:56
Bərdədə ana və qızı tüfənglə qətlə yetirildi - FOTO

Bərdə rayonunda dəhşətli qətl hadisəsi baş verib. Belə ki, Ağdam sakini anasını və bacısını öldürüb.

Bərdə rayonunda qətlə yetirilən ana və qızının şəxsiyyəti məlum olub.

Hadisə rayonun Alaçadırlı kəndində baş verib. Kənd sakinləri Zeynalova Nəzirə və qızı Zeynallı Əminə Musa qızı odlu silahla qətlə yetirilib.

Məlumata görə, qətl ailə üzvləri tərəfindən törədilib. Hadisənin ev sahibi Musa Zeynalov və onun oğlu Tural Zeynallı tərəfindən törədildiyi bildirilir. Dəhşətli qətlin qısqanclıq zəminində baş verdiyi deyilir.

Qeyd edək ki, ailə Bərdə rayonunda məskunlaşsa da, əslən Ağdam rayonunun Maqsudlu kəndindən olan məcburi köçkünlərdir.

Kənd sakinlərinin verdiyi məlumata görə, ailə başçısı Musa Zeynalov oğlu Tural Zeynallı ilə birlikdə evə gələrək əvvəlcədən əldə etdikləri ov tüfəngi ilə həyat yoldaşı Nəzirə Zeynallını atəş açaraq öldürüb. Hadisəni görən 21 yaşlı bacısı Zeynallı Əminə Musa qızı evdən qaçıb. Bacısının arxasınca düşən T. Zeynallı onu Bərdə rayonunun Kələntərli qəsəbəsində yaxalayaraq həmin silahla öldürərək qaçıb. Artıq Musa Zeynallının saxlanıldığı bildirilir.

Faktla bağlı Bərdə rayon prokurorluğunda cinayət işi başlanılıb.

Məqalədə : cinayət 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
6585

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5439

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
6946

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
6947

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
9597

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
6657
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-07-2020 18:58





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru