Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2020
16:47
Azərbaycan I divizionu bərpa olunmayacaq

Koronavirus pandemiyası üzündən dayandırılan Azərbaycan çempionatının I divizionu bərpa olunmayacaq.

 Azərbaycan Premyer Liqası və kubokunun bərpası barədə qərar qəbul edən AFFA martda dayandırılan aşağı dəstə barədə qərarı İcraiyyə Komitəsinin öhdəliyinə buraxıb.

Bu isə o deməkdir ki, iyunun 21-də bərpa olunacaq Premyer Liqadan fərqli, I divizion yarımçıq qalacaq. Çempionatın başa çatmış elan olunması, yoxsa ləğv edilməsinə İcraiyyə Komitəsi qərar verəcək.

Komitənin iclasının dəqiq tarixi bəlli olmasa da, aşağı liqa təmsilçiləri məhz həmin yığıncağı gözləməyəcək. Əgər mövcud turnir cədvəlini tanımaq barədə qərar qəbul olunarsa, “Turan Tovuz” çempion elan ediləcək, “Səbail-2” ikinci, “Zaqatala” üçüncü olacaq. Çempionatın davam etdirilmədən yarımçıq başa çatması turnirin bombardiririnin də kimliyinə aydınlıq gətirəcək. “Qarabağ-2”nin futbolçusu Musa Qurbanlı çempionatın ən məhsuldar futbolçusu adını qazanacaq. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu divizionda 15 qol vurub. Lakin I divizionun mövsümün nəticələrinin ləğvi mükafatçıların müəyyənləşməməsi ilə yekunlaşacaq.(apa)

Məqalədə : futbol 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
8516

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
7284

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
8924

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
8794

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
13097

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
8523
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-07-2020 12:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru