Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2020
16:22
Buraxılış imtahanı ilə əlaqədar fənn olimpiadalarının final turunun keçirilmə tarixində dəyişiklik edilib

Respublika fənn olimpiadalarının biologiya, kimya və informatika fənləri üzrə final turu 11 iyun tarixində keçiriləcək. Səbəb  iyunun 7-də Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanlarının təşkili ilə əlaqədardır.

Təhsil Nazirliyindən verilən məlumata görə, daha əvvəl iyunun 7-də kimya fənni üzrə Fizika, riyaziyyat və informatika təmayüllü liseydə, biologiya fənni üzrə Kimya, biologiya təmayüllü Respublika liseyində, informatika fənni üzrə Bakı Mühəndislik Universitetində final turunun keçirilməsi nəzərdə tutulmuşdu. 

Qeyd edək ki, iyunun 5-də riyaziyyat fənni üzrə final turu Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseydə, fizika fənni üzrə Kimya, biologiya təmayüllü Respublika liseyində, iyunun 9-da isə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə Fizika, riyaziyyat və informatika təmayüllü liseydə, coğrafiya fənni üzrə Kimya, biologiya təmayüllü Respublika liseyində, tarix fənni üzrə isə S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında keçiriləcək. 

Bütün fənlər üzrə olimpiada saat 10:00-da başlayacaq. 

Fevral ayında keçirilmiş respublika mərhələsinin yarımfinal turunun nəticələrinə əsasən, uğur qazanmış şagirdlər final turunda iştirak hüququ qazanıblar. İştirakçıların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədilə  koronavirusa qarşı bütün qabaqlayıcı tədbirlər nəzərə alınacaq və həyata keçiriləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
592

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
468

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
496

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
768

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
542
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-05-2021 09:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru