Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 May

2020
13:25
Polis zorakılığı ilə öldürülən qaradərilinin ölümünə etiraz genişlənib

ABŞ-ın Minneapolis şəhərində polis zorakılığı nəticəsində ölən qaradərili Corc Floydun  Corcun ölümünə etiraz edən yüzlərlə nümayişçiyə polis müdaxilə edib.

Yerli mediada yayılan xəbərlərə və sosial mediada paylaşılan görüntülərə görə, nümayişçilər Floydun öldüyü yerin yaxınlığındakı 3-cü polis bölməsinin qarşısına toplaşıblar.

Polisin sıx təhlükəsizlik tədbirləri görüb, bölgəyə giriş və çıxışı bağlayıb. Əksəriyyəti qaradərili olan nümayişçilər Floydun ölümünə səbəb olan polisin cinayət məsuliyyətinə cəlb olunmasını tələb ediblər.

Polis aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Xatırladaq ki, dünən axşam saatlarında yayımlanan görüntülərdə polisin yerə uzadaraq dizi ilə boynundan basdığ üçün 46 yaşlı Corc Floydun uzun müddət "nəfəs ala bilmirəm" deyə yalvarması öz əksini tapıb. Floyd hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları tərəfindən aparıldığı xəstəxanada ölüb.

Görüntülər ölkədəki qaradərililərə qarşı polis zorakılığı müzakirələrini yenidən alovlandırıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
6480

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5353

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
6861

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
6872

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
9447

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
6562
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-07-2020 10:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru