Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 May

2020
16:30
Korrupsiyaya yol verən məmur barəsində cinayət işi başlanıldı

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, bu tədbirlərin davamı kimi, dövlət strukturlarının əhalinin sağlamlığının qorunması, digər sahələr üzrə xidməti fəaliyyətin təşkili istiqamətində səfərbər olunduğu bir vaxtda bəzi vəzifəli şəxslərin mövcud vəziyyətdən öz maraqları naminə istifadə edərək, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının işinə kölgə salan hüquqazidd əməllərə yol vermələrinə dair məlumatlar araşdırılaraq hüquqi məsuliyyət tədbirləri görülür.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilindən (Ombudsman) vəzifəli şəxslər tərəfindən yol verilən qanun pozuntularına dair materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa daxil olub.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalarla Nizami rayon 117 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi İsmayıl Mansurovun öz qulluq mövqeyindən istifadə edərək səlahiyyəti olmadığı halda vətəndaşın evində əlavə tikilinin inşası ilə bağlı sənədləşməsini rəsmiləşdirmək vədi ilə onu aldadaraq 10 500 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda dələduzluq) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə bütün qanunazidd halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Məqalədə : korrupsiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
462

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
363

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
361

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
642

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
477
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-05-2021 00:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru