Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Mart

2020
17:45
Ermənistan silahlı qüvvələri Əlahiddə Ümumqoşun Ordunun mövqelərini atəşə tutub

Ermənistan silahlı qüvvələri Əlahiddə Ümumqoşun Ordunun mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyindən (MN) verilən məlumata görə, martın 12-i səhər saatlarından Ermənistan silahlı qüvvələrinin bölmələri Əlahiddə Ümumqoşun Ordunun mövqelərini atəşə tutmaqla atəşkəs rejimini kobud şəkildə pozub.

Əsasən, düşmənin Ararat rayonu ərazisindəki Tejqar və Bağarsıq dağlarının ətəklərində yerləşən mövqelərindən qarşı tərəfdə yerləşən Əlahiddə Ümumqoşun Ordunun mövqeləri iriçaplı pulemyot və snayper tüfənglərindən intensiv atəşə məruz qalıb.

Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti tərəfindən qətiyyətli cavab tədbirləri görülür və atəşkəs rejiminin pozulmasının fəsadları araşdırılır.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Məqalədə : atəşkəs 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
237

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
254

Ünvanlı sosial yardımda yeniliklər

05

İyun
10:22
ÖLKƏ
352
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-06-2020 19:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru