Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Mart

2020
14:21
Yaşı 8-dən yuxarı olan uşaqların birinci sinfə qəbulu mümkündürmü?

Yaşı 8-dən yuxarı olan uşaqlar Təhsil nazirinin müvafiq əmri ilə təsdiqlənmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq təhsilə cəlb edilirlər.

Təhsil Nazirliyindən bildirilib ki, yaşı 8-dən yuxarı olan uşaqların valideynləri www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçdikdən sonra aprelin 1-dən etibarən həftənin II və IV günləri yaşayış yerindən arayış, 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil, valideynin (və ya qanuni nümayəndənin) və uşağın şəxsiyyətini təsdiq edən sənəd, ehtiyac yaranarsa, sağlamlıq haqqında arayışla (forma 26U) yerli təhsili idarəetmə orqanlarında yaradılmış müvafiq komissiyaya müraciət etməlidirlər. Valideynlərə həmin komissiyaya uşağı da gətirmələri tövsiyə olunur.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
237

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
254

Ünvanlı sosial yardımda yeniliklər

05

İyun
10:22
ÖLKƏ
352
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-06-2020 20:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru