Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Mart

2020
17:49
Bill Qeyts və digər fondlar koronavirusun peyvəndi üçün 125 milyon dollar ayırdı

"Reuters" agentliyinin verdiyi xəbərə görə, Bill Qeyts Fondu və həyat yoldaşı Melinda digər böyük xeyriyyə təşkilatları ilə birlikdə dünya miqyasında yayılan koronavirus üçün müalicə metodlarının inkişafını sürətləndirmək üçün 125 milyon dollara qədər vəsait ayırıb.

"COVID-19 Therapeutics Accelerator" adlanan xəstəliyin müalicəsini tapmaq təşəbbüsünə, gələcəkdə görünə bilən koronavirus və digər viruslara yoluxmuş xəstələrin müalicəsində istifadə edilən yeni və təkrar istifadə edilən dərmanların təsirlərini araşdırma da daxil ediləcək.

Bundan əlavə, ayrılan maliyyə yoxsul ölkələrdə virusun müalicəsini təmin etmək məqsədi daşıyır.

Hazırda dünyada "COVID-19" virusunun peyvənd və konkret müalicə üsulu yoxdur.

Tibbi xeyriyyəçilik şirkəti olan Qeyts Fondu və "Wellcome Trust" 50 milyon dollara qədər yardım edəcək. Bu, Qeyts Fondunun elan etdiyi 100 milyon dollarlıq yardımın bir hissəsidir. "Mastercard Impact" isə ilkin layihələr üçün 25 milyon dollara qədər vəsait ayırıb.

Məqalədə : koronavirus Bill Qeyts 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Faktiki hava açıqlanıb

06

İyun
13:39
ÖLKƏ
303

Sabahın hava proqnozu açıqlandı

06

İyun
13:19
ÖLKƏ
277

BŞBP vətəndaşlara müraciət etdi

06

İyun
12:21
ÖLKƏ
379

Atəşkəs 24 dəfə pozuldu

06

İyun
09:30
HƏRB
362

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
393

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
427
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-06-2020 11:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru