Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Mart

2020
12:03
Azərbaycan İslam Partiyası xalqımızı təbrik edib

AİP böyük İslam şəxsiyyəti, insanlığın mərhəmət, şəfaət, hünər və mənəviyyat güzgüsü olan birinci imamımız Həzrət Əlinin (ə) mövludu münasibətilə xalqımızı və dünya müsəlmanlarını təbrik edib. Təbrikldə deyilir:

“İslam tarixinin böyük şəxsiyyəti, birinci imamımız Həzrət Əli ibn Əbu Talibin (ə) mövlud günüdür. Bu əziz gün, İslam dünyası üçün olduqca dəyərli tarix, şəxsiyyətlərin yetişməsində canlı nümunə, insanlığın mərhəmət, şəfaət, hünər və mənəviyyat güzgüsü olan Həzrət Əlinin (ə) mövlud günü münasibətilə  ilk növbədə zəmanəmizin İmamını(ə.f) və xalqımızı, dünyanın tərəqqipərvər müsəlmanlarını, xüsusən O Həzrətin elminin aşiqlərini ürəkdən təbrik edir, bu parlaq və tükənməyən  nur çırağından qəlblərinizə hərarət, iman yolunuzda uğur diləyirik. 

Həzrət Əli(ə) elə bir tarixi  və əbədiyaşar, həyatı, elmi ilə bəşəriyyətə öndər və örnək  olan, daim öyrədən və öyrənilən şəxsiyyətdir ki, onun həyatını, elmini və təfəkkürünü, İslam dininin yaşamasında və intişarında rolunu sözlə ifadə etmək mümkün deyil. Həzrət Peyğəmbərdən(s.ə) sonra İslam dininin danışan dili və parlayan aynası oldu O Həzrət. Əbəs yerə əziz Peyğəmbərimiz(s.ə) O Həzrəti elmin qapısı adlandırmır. 14 əsr əvvəl, rəcəb ayının 13-də  Allah evi- Kəbədə dünyaya göz açan Əli(ə) həyatı boyu bütün elmini və gücünü Allah təaladan almışdır. 

 Həzrət Əli(ə) dünyagörüşü,  elmi və fəlsəfəsi, həyat tərzi, ictimai münasibətləri və siyasi baxışları bu gün də aktual, hər kəs üçün örnək sayılacaq mənəvi bazadır. İnsanlıq məktəbi olan Həzrət Əlinin (ə) həyatı bütün cəmiyyətlər üçün məktəb, haqqın və ədalətin ideal bələdçisidir. 

Bütün müsəlman dünyasında olduğu kimi ölkəmizdə də ictimai təfəkkürün inkişafı, din, vətən, torpaq təəssübkeşliyi duyğu və düşüncəsinin real həyatda təzahürü üçün İslam müqəddəslərinin nümunəsinin öyrənilməsi bu gün mühüm amillərdəndir. Azərbaycan İslam Partiyası hər kəsin həyatında özü, ailəsi, xalqı və ümumən bəşəriyyət üçün aktual olan Həzrət Əliyə (ə) məxsus nümunəvi dəyərlərin qorunmasını və tətbiqini, və hər bir müsəlmanın bundan bəhrələnməyini arzulayır. 

Bir daha hər birinizi bu müqəddəs  mövlud günü münasibətilə təbrik edir, dəyərli  ömrünüzə bərəkət, gələcək xeyirli bayramlar diləyirik.”

Məqalədə : İmam Əli mövlud 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kriştiano Ronaldodan yeni REKORD

19

İyun
13:59
DÜNYA
280

Ceyhun Bayramov Ermənistana səsləndi

19

İyun
13:45
SİYASƏT
255

DTX Şuşada əməliyyat keçirdi

19

İyun
12:58
ÖLKƏ
266

Azərbaycan nefti cüzi bahalaşıb

19

İyun
10:43
İQTİSADİYYAT
386

Bu il 15 minə yaxın şəxsə əlillik təyin edilib

18

İyun
14:57
İQTİSADİYYAT
445

Sabahın hava proqnozu AÇIQLANDI

18

İyun
14:13
ÖLKƏ
592
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2021 11:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru