Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Mart

2020
11:59
Suriyalı qaçqınların Azərbaycana gəlməsi ilə bağlı müraciət olmayıb

"Suriyalı qaçqınların Azərbaycana gəlməsi ilə bağlı DMX-ya heç bir müraciət olmayıb".

Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov YAP-ın İcra Katibliyində keçirilən mətbuat konfransında deyib. O, Çin vətəndaşlarının ölkəyə gəlməsi məsələsinə də aydınlıq gətirib:

"Çində koronavirus təhlükəsi ilə bağlı Azərbaycanla-Çin arasında aviareyslər məhdudlaşdırılıb. Həmçinin ölkəmizə gələn əcnəbilərin sayı azalıb, çünki elektron vizaların verilməsi məhdudlaşdırılıb.

Ölkədə olan Çin vətəndaşlarının martın 3-nə olan sayı 539 nəfərdir. Onlardan 69-u fevralın 1-dən sonra Azərbaycana gəlib. Onların ölkədə olma müddəti bitirsə, ölkəni tərk etmələri mümkün deyilsə, DMX tərəfindən vəziyyət nəzərə alınır".(APA)

Məqalədə : Suriyalı qaçqınlar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
237

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
254

Ünvanlı sosial yardımda yeniliklər

05

İyun
10:22
ÖLKƏ
352
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-06-2020 21:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru