Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Fevral

2020
10:00
Baş nazirdən dərsliklərlə bağlı QƏRAR

Nazirlər Kabineti “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”nı təsdiqləyib.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Bu Qayda “Ümumi təhsil haqqında” qanunun 4.0.12-ci maddəsinə uyğun olaraq hazırlanıb.

Qayda ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin, digər tədris-metodik vasitələrin hazırlanması, təsdiqlənməsi və nəşri qaydasını müəyyənləşdirir.

Qanunun adıçəkilən maddəsinə görə, ümumi təhsil müəssisələri üçün dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydalar əsasında hazırlanır.

Qərarda dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi məsələləri də öz əksini tapıb.

Bu vasitələrin tərtibi fiziki və hüquqi şəxsin təşəbbüsü ilə həyata keçirilə bilər.

Qaydada müvafiq vasitələrin tərtibi zamanı ümumi tələblərin nəzərə alınmasının vacibliyi də vurğulanıb.

Belə ki, materialların elmi etibarlılığı, dəqiqliyi, inkişaf yönümlülüyü, dəyər yönümlülüyü, tərbiyə yönümlülüyü, şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğu nəzərə alınmalıdır.

Həmçinin, pedaqoji və metodiki yanaşmalar qabaqcıl nəzəriyyələrə uyğunlaşdırılmalıdır. Dizayn və tərtibat məntiqli, estetik, müasir olmalıdır.

Təhsil Nazirliyi bütün fənlər üzrə açıq tədris-metodik vasitələri kimi dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibini sifariş edir.

Qaydada ümumi təhsil müəssisələrində dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin təsdiqlənməsi məsələləri də öz əksini tapıb.

Dərsliyə qrif verilməsi ümumi təhsil müəssisəsinin müraciəti və ya Təhsil Nazirliyinin təşəbbüsü əsasında həyata keçirilir.

Qrif verilməsi üçün dərsliyin qiymətləndirilməsini həyata keçirmək məqsədilə Nazirlik tərəfindən müvafiq sahədə 10 ildən artıq pedaqoji təcrübəsi və ya elmi dərəcəsi olan ən azı üç mütəxəssis cəlb edilir.

Bu mümkün olmadıqda, dərsliyin qiymətləndirilməsinə daha az sayda mütəxəssis cəlb edilə bilər. Dərsliyə qrif verilməsi üçün müraciətə iki ay ərzində baxılır.

Nazirlər Kabinetinin qərarında müvafiq vasitələrin nəşri ilə bağlı maddələr də var. Bildirilir ki, özəl ümumi təhsil müəssisələri üçün vasitələrin nəşri həmin təhsil müəssisələrinin öz vəsaitləri hesabına həyata keçirilir.

Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri üçün isə dövlət büdcəsində bu məqsədlə nəzərdə tutulmuş vəsait hesabına müəyyənləşir.

Həmçinin, “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq, təşkil edilən satınalma yolu ilə həyata keçirilir.

Məqalədə : Əli Əsədov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Boko-Haram-ın yeni lideri məlum oldu

17

İyun
12:15
DÜNYA
60

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

17

İyun
10:54
İQTİSADİYYAT
170

Neft yenidən ucuzlaşıb

17

İyun
09:35
İQTİSADİYYAT
246

AMB-nin valyuta məzənnələri

17

İyun
09:13
İQTİSADİYYAT
450

İtaliya 3 qolla 1/8 finalda! - VİDEO

17

İyun
01:14
İDMAN
392

ABŞ və Rusiya liderləri razılaşdı

16

İyun
20:52
DÜNYA
354
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2021 13:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru