Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Fevral

2020
11:50
Tramp xidməti maşınla ralliyə qoşuldu - FOTO

ABŞ prezidenti Donald Tramp ənənəvi avtomobil yarışı olan "Daytona 500"ün açılış mərasiminə qatılaraq xidməti avtomobillə ralliyə qatılıb və bir dövr vurub.

O, Florida ştatında keçirilən 62-ci "Daytona 500" rallisinə həyat yoldaşı ilə birlikdə qatılıb. Tramp çıxış etdikdən sonra yarışların başlanmasını göstərən "mühərriklərinizi işə salın" təlimatını verib.

Tramp bu yarışa qatılan ikinci ABŞ prezidenti oldu. Bundan əvvəl 2004-cü ildə Corc Buş rallidə iştirak etmişdi.

Tramp yarış meydanına xidməti zirehli limuzinlə gəlib və yarış maşınlarının qabağına düşərək bir dövr vurub. Bu zirehli limuzin "Canavar" ləqəbi ilə tanınır və qiyməti 1.1 milyon dollardır. Avtomobil bioloji və kimyəvi silaha qarşı tam müdafiəlidir. İçərisində oksigen balonları və qan ehtiyatı da var. Avtomobilin şüşələrinin qalınlığı 12 sm-dir. Qapılarının ağırlığı "Boeing 757" təyyarəsinin qapısı ilə eyni ağırlıqdadır. Limuzində çoxlu sayda odlu silah və gözyaşadrıcı qaz var. Bu avtomobil Tramp üçün xüsusi olaraq hazırlanıb.

"Daytona 500" yarışında sürücülər "Victory Lane" kubokunu almaq üçün 200 dövr vururlar.

Məqalədə : Donald Tramp ralli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
271

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
391
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-05-2021 22:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru