Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Yanvar

2020
16:35
`İnstagram`da narkotik təbliğ edən şəxs həbs olunub

“İnstagram” sosial şəbəkəsində narkotik vasitələrin qəbulunu təbliğ edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən FaktXəbər-ə verilən məlumata görə, DİN-in “İnstagram” sosial şəbəkəsindəki “polisazerbaycan” rəsmi səhifəsinə vətəndaşlardan biri müraciət edərək həmin sosial şəbəkədəki “tt.elcan_” adlı profildə narkotik vasitələrin qəbulunun təbliğ edildiyi barədə məlumat verib. 

Məlumat aidiyyəti üzrə Baş Narkotiklərlə Mübarizə İdarəsinə göndərilib. 

Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində “tt.elcan_” səhifəsinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan Elcan Şahverdiyevə məxsus olduğunu məlum olub. 

O, qısa zamanda saxlanılaraq məsuliyyətə cəlb edilib. E. Şahverdiyev ifadəsində “İnstagram” sosial şəbəkəsində narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib.

Qeyd edək ki, E.Şahverdiyev artıq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən məhkəmənin qərarı ilə 25 sutka müddətində inzibati qaydada həbs edilib.

Məqalədə : “İnstagram” narkotik 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu gün rekord sayda peyvənd vurulub

28

İyul
17:48
ÖLKƏ
311

Bayden: "Putin təhlükəlidir"

28

İyul
15:37
DÜNYA
335

SOCAR-ın idarə rəisi işdən çıxıb

28

İyul
14:52
ÖLKƏ
357

Gəncədə "patı" satan şəxslər saxlanıldı

28

İyul
12:39
HÜQUQ,HADİSƏ
273
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-07-2021 09:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru