Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Yanvar

2020
16:00
Xızıda 7 raket tapılıb

Yanvarın 30-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xızı rayonunun giriş hissəsinə yaxın olan ərazidə 5-6 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan verilən məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat və kinolojı qrupları, Daxili İşlər Nazirliyinin Xızı rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Xızı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 122 mm-lik 9M22U raketi və 4 ədəd partlamış-yanmış raket hissələri aşkar olunub, havanın qaranlıq olması ilə əlaqədar olaraq əməliyyat-axtarış tədbirləri yanvarın 31-də də davam etdirilmiş, nəticədə əlavə 2 ədəd partlamış-yanmış raket hissələri aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketlərin ətrafında 10 000 kv.m əraziyə yerüstü, 200 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.(apa)

Məqalədə : ANAMA raket 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AİP İran xalqını təbrik etdi

20

İyun
12:56
SİYASƏT
233

Kriştiano Ronaldodan yeni REKORD

19

İyun
13:59
DÜNYA
361

Ceyhun Bayramov Ermənistana səsləndi

19

İyun
13:45
SİYASƏT
333

DTX Şuşada əməliyyat keçirdi

19

İyun
12:58
ÖLKƏ
342

Azərbaycan nefti cüzi bahalaşıb

19

İyun
10:43
İQTİSADİYYAT
462

Bu il 15 minə yaxın şəxsə əlillik təyin edilib

18

İyun
14:57
İQTİSADİYYAT
527

Sabahın hava proqnozu AÇIQLANDI

18

İyun
14:13
ÖLKƏ
689
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2021 19:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru