Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Yanvar

2020
12:05
Koronavirusa qarşı peyvənd varmı? - AÇIQLAMA

“Koronavirusların növü çoxdur. Onun birinə qarşı peyvənd edib immunitet yaranırsa, o birisindən qorumur. Həmin immunitet də davamlı olmur. Sadəcə infeksiyanın yayılmasını müvəqqəti qoruya bilir. Lakin hazırkı yayılan 2019 koronavirusuna qarşı hələlik peyvənd işlənilib hazırlanmayıb”.

Bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

C. İsayev virusun yayılması prosesinin yeni olduğu üçün bəzi məsələlərin hələ də müammalı olduğunu bildirib: “Səbəb tam bəlli olduqdan sonra bəlkə də peyvənd hazırlana bilər. Ümid edirəm ki, virusun əhatə dairəsi tezliklə lokallaşdırılacaq. Azərbaycan dövləti və vətəndaşları da öz təhlükəsizliyini qorumalıdır. Əgər vətəndaşlarımız həmin bölgəyə getməsə və insanlarla təmasda olmasa, virusun ölkəyə keçməsi halı qeydə alınmaz. Əsas odur ki, Çindən gələn insanlar yerindəcə yoxlanılsın”.

Baş infeksionist virusdan ölüm faizi 2,8-3 faiz olduğun vurğulayıb: “Buna səbəb Çinin əhalisi çox sıx yerləşdiyindən təmas halının yüksək olmasıdır”.

C.İsayev insanlara tövsiyə də verib: “İmmuniteti daim yüksək saxlamaq məsləhətdir. Bunun üçün zərərli vərdişlərdən uzaq durmaq lazımdır. Eyni zamanda, gigyenik qaydalara əməl etmək vacibdir. Bir sözlə, immun sistemini zəiflədən faktorlardan uzaq durmaq əsas şərtlərdəndir”. / Report

Məqalədə : Koronavirus açıqlama 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 32 dərəcə isti olacaq

13

May
13:54
ÖLKƏ
331

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
496
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 19:19





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru