Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Yanvar

2020
16:07
Məzahir Pənahov məntəqə seçki komissiyalarının üzvlərinə müraciət etdi

Azərbaycanda fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərin Seçki Məcəlləsinin tələbinə uyğun hazırlanaraq azad, ədalətli və şəffaf keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən lazımi tədbirlər görülür.

Bunu MSK-nın sədri Məzahir Pənahov deyib.

M.Pənahov bildirib ki, vətəndaşlarımızın aktiv və passiv seçki hüquqlarının reallaşdırılması ilə bağlı bütün addımlar MSK tərəfindən hazırlanıb təsdiq edilən Təqvim Planı əsasında ardıcıl, sistemli və keyfiyyətlə atılır: "Aşağı seçki komissiyalarının üzvləri də daxil olmaqla müxtəlif statuslu seçki subyeklərinin maarifləndirilməsi, seçicilərin məlumatlandırılması və onların konstitusion hüquqlarının azad və sərbəst şəkildə reallaşdırılmasına şəraitin yaradılması baxımından nəzərdə tutulan bütün layihələr uğurla gerçəkləşdirilir".

MSK sədri vurğulayıb ki, Milli Məclisə seçkilərin yüksək səviyyədə təşkil olunub keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyır: "Məntəqə seçki komissiyalarının üzvləri vəzifələrinin öhdəsindən peşəkarlıqla gəlməklə vətəndaşlarımızın seçki hüquqlarının qorunması, seçici siyahılarının dəqiqləşdirilməsi və seçicilərin həmin siyahılarla tanış edilməsi, seçki məntəqələrinin səsvermə gününə tam hazır olması, seçicilərin azad və sərbəst səs vermələrinin təşkili, səslərin hesablanması və səsvermənin nəticələri haqqında rəsmi protokolların qüsursuz tərtib edilərək dərhal dairə seçki komissiyalarına gətirilməsi kimi mühüm vəzifələri qanunvericiliyin tələblərinə uyğun yerinə yetirməlidir./Trend

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda itkin düşən 5 nəfər tapılıb

29

Fevral
09:48
HÜQUQ,HADİSƏ
327

Atəşkəs rejimi 22 dəfə pozulub

29

Fevral
09:30
HƏRB
322

İstirahət günlərinin hava proqnozu

28

Fevral
17:41
ÖLKƏ
454
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-02-2020 13:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru