Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Yanvar

2020
18:20
Kanalizasiya quyularının qapaqları və yağış barmaqlıqları oğurlanır

“Azərsu” ASC-nin balansında olan kanalizasiya quyularının qapaqlarının və yağış barmaqlıqlarının oğurlanması halları hələ də müşahidə olunur.

Bu barədə qurumun açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, belə hallara daha çox Bakı şəhəri və ətraf qəsəbələrdə rast gəlinir: “Araşdırmalar göstərir ki, kanalizasiya qapaqları və barmaqlıqlar ayrı-ayrı şəxslər tərəfindən oğurlanaraq metal qəbulu məntəqələrinə təhvil verilir. Bəzi insanların asan yolla qazanc əldə etmək üçün törətdiyi bu əməllər “Azərsu”nu əlavə xərclərlə üzləşdirməklə yanaşı, kanalizasiya infrastrukturlarının istismarını çətinləşdirir. Kanalizasiya quyularının açıq qalması xüsusilə gecə saatlarında sürücülər və piyadalar üçün ciddi təhlükə yaradır”.

Kanalizasiya qapaqları və yağış barmaqlıqlarının oğurlanması hallarının araşdırılması və qarşısının alınması məqsədilə “Azərsu”nun yerli sukanal idarələri hüquq-mühafizə orqanlarına və digər aidiyyatı təşkilatlara müraciətlər edib.

"Metal qəbulu ilə məşğul olan sahibkarlara tövsiyə edirik ki, kanalizasiya qapaqlarını və yağış barmaqlıqlarını qəbul etməsinlər", - deyə qurum bəyan edib. (report)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Misirin diktatoru öldü

25

Fevral
15:08
DÜNYA
166

Sabahın hava proqnozu açıqlanıb

25

Fevral
12:47
ÖLKƏ
239
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-02-2020 15:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru