Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Yanvar

2020
14:20
Dəhşətli virusun Azərbaycana keçməsi istisna edilmir - AÇIQLAMA

Çində yayılan virusun Azərbaycana da keçmə riski istisna edilmir. İnsanlar özlərini qorumalıdırlar.

FaktXəbər bildirir ki, bu sözləri oxu.az-a Azərbaycanın baş infeksionisti Cəlal İsayev son günlər Çində insanların ölümü ilə nəticələnən təhlükəli virusun ölkəmizdə yayılma ehtimalı barədə danışarkən deyib.

O bildirib ki, Çinlə olan ticarət əlaqələrini nəzərə alsaq, “Korono” virusunun Azərbaycana da keçməsi istisna deyil. O, virusun insana iki yolla yoluxa bildiyini vurğulayıb: 

“Ümumiyyətlə, viruslar gigiyena qaydalarına nəzarət edilməyən hallarda yayılmağa başlayır. İnsanlar mütləq şəkildə gigiyena qaydalarına riayət etməlidirlər. Virusların böyük əksəriyyəti, eləcə də, koronoviruslar dezinfeksiyaedicilərə qarşı həssasdır.

Bu gün Çində bu virusa yoluxan insanların sayı çox olsa da, son məlumatlara görə 9 nəfərə yaxın insan ölüb. Bu virusun 35-dən çox növü var. Son zamanlar yayılan bu virus da koronoviruslara daxildir.

Virus iki yolla - hava-damcı və təmasla (ərzaq məhsulları, heyvanlar və s.) əllərə toxunması ilə yoluxur. Daha riskli olan hava-damcı yolu ilə yoluxmasıdır. Bu zaman tənəffüs yolları xəstəlikləri yaranır ki, bu da xüsusilə ağciyər çatışmazlığına səbəb olaraq ölümlə nəticələnə bilir”.

Baş infeksionist bildirib ki, bu gün böyük ajiotaj yaradan “Korona” virusu 1965-ci ildə müəyyən edilib:

“Bu virus 2019-nCoV koronaviruslara aid edilib. Doğrudur, bu virusun gedişatı kifayət qədər ağırdır. Lakin hələ ki, bu virusla yoluxma səbəbindən ölüm halları faiz etibarı ilə azdır. Onu ciddi ölümcül virus kimi qəbul etmək düzgün deyil. Koronovirusların bəzi növləri o qədər də kəskin şəkildə keçmir.

Resperator xəstəlik kimi dəyərləndirsək,əsasən zökəm əlamətləri ilə özünü biruzə verə bilir. Çox hallarda tez sağalır və problemsiz ötüşür. Bu viruslar xarici təsirə çox davamsızdırlar. Sadəcə, bu xəstəliyin kəskin şəkildə yayıldığı yerlərə gedən insanlar gigiyenik qaydalara ciddi şəkildə əməl etməlidirlər”.

C.İsayev onu da əlavə edib ki, Səhiyyə Nazirliyi bununla bağlı tədbirlər planı hazırlayıb:

“Bu xəstəliyə yoluxan insanlar aşkarlanmayıb. Elə bir hal olarsa, həmin insanlar xüsusi nəzarətdə saxlanılmalıdır. Azərbaycanda insanlar istənilən halda özlərini qorumalıdırlar. İnsanların sıx toplaşdığı məkanlardan mümkün qədər uzaq olsunlar.

Maskalardan istifadə etsinlər. Əllərini tez-tez dizenfeksiya edib, təmiz saxlasınlar. Özlərini narahat hiss etdikləri zaman isə həkimə müraciət etsinlər. Yoluxmanın qarşısı zamanında alınarsa, təhlükə də az olar, əks təqdirdə ciddi fəsadlara yol aça bilər”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da kitabxananın qiyməti 150 manata qaldırıldı

29

Fevral
14:10
BÖLMƏNİ DÜZ SEÇ!
5

Bakıda gənc qadın pnevmoniyadan öldü

29

Fevral
13:42
HÜQUQ,HADİSƏ
137

Bakıda itkin düşən 5 nəfər tapılıb

29

Fevral
09:48
HÜQUQ,HADİSƏ
327

Atəşkəs rejimi 22 dəfə pozulub

29

Fevral
09:30
HƏRB
322

İstirahət günlərinin hava proqnozu

28

Fevral
17:41
ÖLKƏ
464
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-02-2020 14:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru