Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Yanvar

2020
15:49
Kompüterində `Windows 7` olanlar diqqətlə oxusunlar

"Microsoft" şirkəti 22 oktyabr 2009-cu ildə yayımladığı "Windows 7" üçün 10 illik dəstək verəcəyini açıqlamışdı. Bu 10 illik müddət başa çatdı. İndi bir sual yaranıb: "Windows 7" istifadə edənlər hansı addımı atmalıdırlar?

"Microsoft" dəstəyi ləğv etdiyi açıqlasa da, əksəriyyəti ofislər olmaqla milyonlarla "Windows 7" istifadəçisi ola bilər. 

"The Guardian" saytından Cek Skofeldin bir məsləhəti var. Bu məsləhət də "Windows 7"nin proqramlarını tez-tez yeniləməkdir. "Windows 7"yə dəstək dayandırılsa da, istifadə edilən proqramların şirkət tərəfindən yenilənməsi mümkündür. "Google" şirkəti "Windows 7" üçün hazırlanmış "Chrome" brauzerlərinə 15 iyul 2021-ci ilə qədər dəstək verəcəyini açıqlayıb. 

Bundan başqa, pis niyyətlər üçün hazırlanmış proqramların hədəfində köhnə əməliyyat sistemləri olmur. Bu da daha az hədəf olacağını göstərir. Amma BBC-yə danışan kiber təhlükəsizlik mütəxəssisi bildirir ki, banklar, təhlükəsizlik orqanları və xəstəxana kimi həssas məlumatlarla işləyən qurumlar sistemlərini yeniləməlidirlər.

Cek Skofeld əlavə edir ki, qaranlıq məqsədlər üçün hazırlanmış saytlardan, proqramlardan uzaq durmaqla da "Windows 7"nin ömrünü uzada bilərsiniz. O həmçinin antivirus proqramlarından istifadəni dayandırmamağı məsləhət bilir.

Sisteminizi yeniləmək istəyirsinizsə, "Windows"un alternativləri olan "Linux" və ya pulsuz sitemləri istifadə edə bilərsiniz. Pulsuz təklif edilənlər arasında ən birinci sırada gələn isə "Ubuntu" əməliyyat sistemidir.

Məqalədə : Windows 7 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlandı

06

May
13:04
ÖLKƏ
115

Təhsil naziri 4 direktoru işdən çıxardı

06

May
12:01
ELM / TƏHSİL
165

Brifinq başladı - Canlı yayım

06

May
11:59
ÖLKƏ
240

Qədr gecəsində nə etməli?

05

May
15:59
MƏNƏVİYYAT
413

Baş Prokurorluq və DTX birgə məlumat yaydı

05

May
15:18
HÜQUQ,HADİSƏ
339
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-05-2021 13:52





  faktx[email protected]

Valyuta.com

Рейтинг@Mail.ru